top
İspaniya La Liqası: Alaves, Real Sosyedad, Barselona və Atletikodan qələbələr Idman.biz
26 yanvar 2026, 02:18
- ↺ +

İspaniya La Liqası: "Alaves", "Real Sosyedad", "Barselona" və "Atletiko"dan qələbələr

İspaniya La Liqasının 21-ci turunda "Alaves" öz meydanında "Betis"i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, matçın hesabı üçüncü dəqiqədə açılıb. "Alaves"in hücumçusu Karlos Visente erkən qolla komandasını önə çıxarıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Antonio Martinez fərqi iki topa çatdırıb. "Betis" yalnız oyunun sonlarında cavab verə bilib. 90+5-ci dəqiqədə Ez Abde bir qolla fərqi azaltsa da, bu, nəticəni dəyişməyib.

Bu qələbədən sonra "Alaves" 21 oyundan 22 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib və düşmə zonasını tərk edib. "Betis" isə 32 xalla altıncı yerdə qərarlaşıb.

Növbəti turda "Betis" 1 fevralda öz meydanında "Valensiya"nı qəbul edəcək. "Alaves" isə 30 yanvarda səfərdə "Espanyol"la qarşılaşacaq.

23:54

İspaniya La Liqasının 21-ci turunda "Real Sosyedad" öz meydanında "Selta"nı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, San-Sebastyan təmsilçisi oyunun 45+2-ci dəqiqəsindən etibarən azlıqda qalmasına baxmayaraq, qalib gəlməyi bacarıb. Matçın qəhrəmanı "Real Sosyedad"ın hücumçusu Mikel Oyarzabal olub. O, 17-ci və 75-ci dəqiqələrdə fərqlənərək dubl edib. Ev sahiblərinin müdafiəçisi Duye Çaleta-Tsar birinci hissənin sonlarında birbaşa qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Brais Mendez 90+6-cı dəqiqədən komandasının üçüncü qolunu vurub.

"Selta"nın heyətində isə yeganə qolu hücumçu Borxa İqlesias vurub.

Bu qələbədən sonra "Real Sosyedad" 27 xalla La Liqanın turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. "Selta" isə 32 xalla yeddinci mövqedə qərarlaşıb.

23:08

İspaniya La Liqasının 21-ci turunda "Barselona" doğma meydanda "Oviedo" ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, "Spotify Kamp Nou" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ilk qolu 52-ci dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo tərəfindən vurulub. Beş dəqiqə sonra Rafinya hesabdakı fərqi iki topa çatdırıb. 73-cü dəqiqədə isə hücumçu Lamin Yamal qayçı zərbəsi ilə fərqlənərək matçda son nöqtəni qoyub.

Bu qələbə sayəsində "Barselona" 21 turdan sonra 52 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir. "Oviedo" isə 13 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Növbəti turda "Oviedo" yanvarın 31-də doğma meydanda "Jirona"nı qəbul edəcək. "Barselona" isə həmin gün səfərdə "Elçe" ilə qarşılaşacaq.

19:20

İspaniya La Liqasının 19-cu turunda "Atletiko" doğma meydanda "Malyorka" üzərində böyükhesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Madrid klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.

Görüşdə Aleksander Serlot və Tyaqo Almadanın qolları, eləcə də David Lopesin avtoqolu qeydə alınıb.

Bu nəticə ilə Dieqo Simeonenin komandası La Liqada məğlubiyyətsiz seriyanı davam etdirib. "Atletiko" son beş oyunda dörd qələbə və bir heç-heçə əldə edib, 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Malyorka" isə son dörd qarşılaşmada üçüncü məğlubiyyətini alıb. 21 xala malik olan ada təmsilçisi hazırda 17-ci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Basketbol
Bu gün, 18:52

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Digər
Bu gün, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Digər
Bu gün, 17:16

Biletin qiyməti 3 minə qədər: “Qızıl top” mərasimində iştirak neçəyə başa gəlir?

Digər
Bu gün, 17:16

U-15 dünya çempionatında 22 yığma niyə iştirak etməyəcək? - İdman səbəbləri və siyasi fikir ayrılıqları - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Futbol
Bu gün, 16:33

Fransa Liqa 1-də “Tuluza”‑“Trua” oyunu etirazlara görə bir gün gecikdirildi

Qarabağ FK
Bu gün, 16:31

Nəriman Axundzadə: “Azərbaycana qayıtmağı düşünmürəm”

Digər
Bu gün, 16:30

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO

Digər
Bu gün, 16:16

“Karvan-Yevlax”ın qapıçısı hədəfini açıqladı

Oxşar xəbərlər