İspaniya yığması UEFA Millətlər Liqasında Çexiya ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, komandanın aparıcı oyunçusu Lamin Yamal bu görüşü buraxacaq.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Yüngül ağrıları olan vinger matçda risk edilməyəcək.
Laminin növbəti turda İngiltərə ilə oyuna hazır olacağı bildirilir.
İspaniya – Çexiya oyunu noyabrın 12-də baş tutacaq.
Qeyd edək ki, İspanlar 4 turdan sonra 12 xalla qrupda liderdir. Çexiya isə xalsızdır.