top
İslandiyanın məşqçisi: Bizim üçün yaxşı şərait yaradılıb Sport24.az
11 noyabr 2025, 16:30
- ↺ +

İslandiyanın məşqçisi: "Bizim üçün yaxşı şərait yaradılıb"

İslandiya yığması artıq Bakıya gəlib. Komanda noyabrda 13-də gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizlə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, baş məşqçinin köməkçisi David Snorri Younsson "Fotbolti.net"ə  açıqlamada bildirib ki, bu oyun rəhbərlik və futbolçular tərəfindən pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə əsas qarşılaşma kimi dəyərləndirilir.

 

Younsson vurğulayıb ki, Bakıya çatdıqdan sonrakı ilk gün bərpa prosesinə həsr olunub, çünki futbolçular müxtəlif marşrutlarla və fərqli yüklənmə ilə gəliblər. Komandanın tam şəkildə məşqlərə başlaması adaptasiya dövründən sonra nəzərdə tutulub və bütün hazırlıq prosesi məhz Bakıda keçiriləcək oyuna istiqamətlənib.

 

İslandiyalı mütəxəssis Azərbaycanın paytaxtı və yaradılan şəraitlə bağlı təəssüratlarını da bölüşüb:

"Bakı, həqiqətən, çox gözəl şəhərdir, burada xüsusi atmosfer hiss olunur. Bizim üçün yaxşı şərait yaradılıb, mühüm oyuna sakit şəkildə hazırlaşmaq üçün hər cür imkan mövcuddur. Komanda səfərdə özünü rahat hiss edir və bu da diqqəti futbola yönəltməyə kömək edir".

 

O əlavə edib ki, futbolçuların əksəriyyəti klub oyunlarından sonra yaxşı formada toplanıblar. Yalnız bir futbolçuda yüngül zədə problemi var. Ümumilikdə komanda həlledici oyuna tam hazırdır.

İdman tərəfinə toxunan baş məşqçi köməkçisi xatırladıb ki, İslandiya bu oyuna Azərbaycanla əvvəlki matçda (5:0) əldə olunan nəticələrdən çıxarılan nəticələr əsasında hazırlaşır:

"Hər qarşılaşmada nəyisə təkmilləşdirməyə çalışırıq. Azərbaycanla oyunda artıq bəzi cavabları almışdıq, indi isə yeni detalları əlavə edir və öz taktiki həllərimizi hazırlayırıq", – deyə Younsson bildirib.

Mütəxəssis həmçinin komanda daxilində yüksək rəqabət və futbolçular arasında güclü etimadın qorunduğunu vurğulayıb:

"Bizim heyət dərin və balanslıdır, komandada güclü nüvə formalaşıb. Ən böyük ölkə olmasaq da, yaxşı futbolçularımız var və geniş düşünürük. Qarşımızda aydın məqsəd durur və Bakıdakı oyun bu yolun vacib hissəsidir", – deyə islandiyalı məşqçi yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan və İslandiya yığmaları arasında qarşılaşma cümə axşamı keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Dünən, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Dünən, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
06 oktyabr 2026, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
06 oktyabr 2026, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
06 oktyabr 2026, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
06 oktyabr 2026, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
06 oktyabr 2026, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Futbol
06 oktyabr 2026, 17:23

Murad Axundov AFFAdan ayrılma qərarının səbəblərini açıqladı

Futbol
06 oktyabr 2026, 16:40

Liverpool Michael Kayode’yi 50‑55 milyon funtla transfer üçün hədəfləyir

Futbol
06 oktyabr 2026, 14:44

Litvalı baş məşqçi Edqaras Yankauskas Azərbaycan millisi ilə oyundan sonra vəzifəsindən istefa verdi;

Futbol
06 oktyabr 2026, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
06 oktyabr 2026, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Oxşar xəbərlər