top
İslandiya millisinin kapitanı: Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları... Sport24.az
14 dekabr 2024, 21:00
- ↺ +

İslandiya millisinin kapitanı: "Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları..."

"Bu, çətin, lakin eyni zamanda çox maraqlı qrupdur". Sport24.az xəbər verir ki, bu sözləri İslandiya millisinin kapitanı Yohann Berq Qudmundsson DÇ-2026-nın püşkünü dəyərləndirərkən mbl.is saytına bildirib.

 

Püşkün nəticəsinə əsasən, İslandiya D qrupunda Millətlər Liqasının 1/4 finalının Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və Azərbaycan komandası ilə yarışacaq. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda çıxış edən 34 yaşlı futbolçu qrupu dəyərləndirib:

 

"Qrupumuzda fransızlar, yoxsa xorvatların olacağı hələ məlum deyil Amma əgər imkanım olsaydı, xorvatları seçərdim. Baxmayaraq ki, son illərdə onlarla tez-tez görüşürük. Fransızların son dərəcə güclü komandası var. Bu gün dünyanın ən yaxşı millilərindən biridir. Xorvatiya isə bu gün əvvəllər demək olar ki, hər il oynadığımız komanda qədər güclü deyil.

Bir müddət əvvəl Ukrayna ilə oynadıq və bu matçdan sonra çox təəssüflənirik. Onlarla yenidən görüşmək və beləliklə, Avropa çempionatına vəsiqə üçün pley-off mərhələsində buraxdığımız səhvləri düzəltmək imkanımız olacaq". 

 

 Qudmundsson millimiz barədə isə bunları bildirib: "Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları yaxşı tanıyacağıq. Aydındır ki, qarşıda bizi ora uzun səfər gözləyir".

 

İslandiyalı futbolçu formasını geyindiyi millinin 2025-ci ilin sentyabrınadək hazır olacaqlarını vurğulayıb: "Məqsədimiz final mərhələsinə düşməkdir. Bunun üçün sabitliyi bərpa etməliyik. Bütün oyunçularımız ən yaxşı formasına düşməlidir. Biz qrupda birinci yeri tutmalıyıq. Xüsusən qrupumuza fransızları yox, xorvatları düşsə".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Oxşar xəbərlər