top
İslandiya mətbuatının Bakı təəssüratları: Manhettenə bənzərlik, mədəni şok və ibadət otağı Idman.biz
14 noyabr 2025, 12:20
- ↺ +

İslandiya mətbuatının Bakı təəssüratları: Manhettenə bənzərlik, mədəni şok və ibadət otağı

Azərbaycan və İslandiya yığmalarının (0:2) Bakıda dünya çempionatının seçmə mərhələsində qarşılaşdığı gün İslandiya mediasının diqqətini çəkən təkcə oyun olmayıb. Belə ki, ölkəmizin paytaxtı ayrıca müzakirə mövzusuna çevrilib.

İdman.Biz-in məlumatına görə, islandiyalı jurnalistlər Bakını Manhettenə bənzədib, mədəniyyət şoku yaşadıqlarını qeyd ediblər və təəccüb içində mətbuat nümayəndələri üçün ayrılmış xüsusi ibadət otağını lentə alıblar.

İslandiyalılar Xəzər sahilinə üç reyslə çatıblar. İslandiyanın Sýn telekanalı qeyd edib ki, komandası uzun məsafəli uçuş və bir neçə dayanacaqdan sonra Bakıya gecənin yarısında yetişib. Onlar reportajda etiraf ediblər ki, yorğunluq çox tez heyranlığa çevrilib: paytaxtı "inanılmaz binalara malik şəhər" kimi təsvir edir, bəzi rayonların silueti və sıx tikintisi ilə Manhetteni xatırlatdığını yazırdılar.

Həmişə Reykyavikin alçaq tikililəri və şimal səmimiyyəti fonunda yaşayan bir ölkə üçün Bakıdakı kontrast həqiqətən də kino kimi görünüb: işıqlanan göydələnlər, şüşə, metal və Xəzərin sahili. Matç günü islandiyalı şərhçilər həmin sahilboyu gəzintidən canlı yayıma qoşulacaq, yumşaq payız günəşi altında komandalarının şanslarını müzakirə edəcəkdilər.

Fotbolti.net saytı isə islandiyalı jurnalistlərin Azərbaycana dair ilk təəssüratlarına ayrıca yazı həsr edib. Müəllif səmimiyyətlə etiraf edir ki, mədəniyyət baxımından bu ölkə İslandiyaya heç bənzəmir. Bununla belə, Bakıda keçirdikləri ilk günləri "çox xoş" adlandırıb. Müəllifin sözlərinə görə, eyni qiymətləndirməni həm personal, həm də İslandiya yığmasının futbolçuları veriblər.

Qonaqların baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransını açarkən Bakının ona necə xoş gəldiyini xüsusi vurğulayıb və şəhərin gözəlliyini ayrıca qeyd edib. İslandiyalı jurnalist paytaxtı çoxçeşidli şəhər kimi təsvir edib: müxtəlif üslublu binalar, bir məkanda modernləşmə və parlaq göydələnlərin birləşməsi şimallılar üçün qeyri-adi, amma cəlbedici bir mənzərə yaradır.

Mətn həmçinin dini fona da diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycan əhalisinin təxminən 90 faizi şiə müsəlmanlardır, lakin konstitusiyada dövlət dini təsbit olunmayıb.

İslandiyadan olan jurnalistlərin reportajlarının əsas müzakirə mövzusu - meydan yox, media zonasının yanında yerləşən kiçik bir otağı olub.

Fotbolti.net yazır ki, matçın keçirildiyi "Neftçi"nin ev arenasında mətbuat üçün ayrılmış iş otağının yaxınlığında jurnalistlərin istifadə edə biləcəyi xüsusi ibadət otağı mövcuddur.

Müəllif vurğulayır ki, otaq mətbuat konfranslarının keçirildiyi zalın cəmi bir neçə addımlığındadır. Şimali Avropanın futbol arenalarında media üçün ayrıca dua otağı təsəvvür etmək çətin olduğundan islandiyalı auditoriya üçün bu, demək olar ki, ekzotik bir görüntüyə çevrilib.

Jurnalist zarafatla əlavə edib ki, orada Azərbaycanın qələbəsi üçün dua edəcək.

İslandiya materiallarında təkrarlanan daha bir motiv - Bakıda oyuna gözləniləndən daha az maraq göstərilməsi idi.

Visir.is portalı məlumatında isə qeyd olunub ki, azərbaycanlılar İslandiya ilə oyuna çox maraq göstərmir və stadion yarımboş olacaq.

Mbl.is isə yazısında qeyd edib ki, Bakıya 20–30 nəfərə yaxın islandiyalı azarkeş gəlib:

"Bəziləri birbaşa, bəziləri İstanbuldakı keçid vasitəsilə. Hamısı üçün bu, bu, futbol xəritəsindəki uzaq bir nöqtəyə - soyuq Atlantikdən Xəzərə uzanan bir macəra idi" – nəşr qeyd edib.

Bütün bu elementləri birləşdirəndə, islandiya mediasında Bakı təkcə seçmə mərhələ təqvimində növbəti dayanacaq yox, onları təəccübləndirən və cəlb edən canlı bir şəhər kimi görünüb.

İslandiyalılar Bakını təkcə üç xal və DÇ–2026-nın pley-off şansı ilə deyil, həm də gözlədiklərindən qat-qat parlaq və stereotipləri dağıdan canlı şəhər təəssüratı ilə tərk ediblər.

İslandiya nəşrləri bunu açıq şəkildə yazır: onlar yalnız qollardan, taktikalardan və turnir hesablamalarından deyil, həm də Bakının necə göründüyündən, necə hiss etdiriyindən, Reykyavikdən nə ilə fərqləndiyindən və bura bəlkə də təkcə futbol üçün deyil, başqa səbəblərlə də qayıtmaq istəklərindən bəhs edirlər.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Qarabağ FK
Bu gün, 17:47

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Oxşar xəbərlər