Reykyavikdə İslandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Sander van der Eyk idarə edəcək.
Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.