top
İslam Həsənov: Ən böyük hədəfim Real Madriddə oynamaqdır Idman.biz
20 avqust 2025, 15:00
- ↺ +

İslam Həsənov: Ən böyük hədəfim "Real Madrid"də oynamaqdır

Müqavilə əsasında Serbiyanın "Srvena Zvezda" komandasına məxsus olan və icarə əsasında ölkənin digər klubu "Qrafiçar"da çıxış edən Azərbaycanın U-17 millisinin futbolçusu İslam Həsənovun AZƏRTAC-a müsahibəsi

- Bu ilin yanvar ayında Serbiyanın "Srvena Zvezda" komandasından icarə əsasında ölkənin digər klubu "Qrafiçar"a keçdiniz. Bu komandadakı işləriniz necə gedir?

- Açığı, hər şey qaydasındadır. Artıq komandaya tam uyğunlaşmışam. Futbolçunun adaptasiya prosesi asan olmur, amma mənim üçün çətin keçmədi. Bu il daha güclü kollektiv formalaşıb. Bir-birimizi meydanda və meydandan kənarda çox yaxşı başa düşürük.

- Serbiyadakı həyat tərzindən razısınız?

- Peşəkar futbolçunun həyatı nizam-intizam tələb edir. Mən də əsl idmançı həyatı yaşayıram: məşq, ev, dərs və yenidən məşq. Elə vaxt olur ki, 2-3 dəfə məşq edirik. Mən bundan zövq alıram. Hər məşq məni həm fiziki, həm də psixoloji baxımdan gücləndirir. Ona görə də belə rejimdə yaşadığım üçün özümü xoşbəxt sayıram.

- Bu yaxınlarda "Qrafiçar"ın U-19 komandasının heyətində "Partizan"la matçın son dəqiqələrində qol vurdunuz və 3:2 hesablı qələbədə əsas pay sahibi oldunuz...

- Həmin oyuna 59-cu dəqiqədə daxil oldum. Artıq meydanda özümü yaxşı hiss edirdim və komandama kömək etməyə çalışırdım. 83-cü dəqiqədə isə qalibiyyət qolunu vurdum. Bu, mənim çempionatda ilk qolum idi və onu unutmaq mümkün deyil. Qol vurmaq futbolçunun ən böyük motivasiyasıdır. İndi çalışıram ki, uğurlu başlanğıcın davamı gəlsin. Bunun üçün məşqlərdə daha çox işləyirəm.

- Hansı mövqedə özünüzü daha rahat hiss edirsiniz?

– Məni həm hücumda, həm də yarımmüdafiədə oynadırlar. Hər iki mövqeyə uyğunlaşmışam. Amma fürsət yarandıqda əsas məqsədim qol vurmaqdır. İstəyirəm ki, komandama fayda verim və daha çox fərqlənim.

- Gələcək hədəfləriniz nədən ibarətdir?

- Hazırda ən böyük arzum əsas komandaya düşməkdir. Bu, mənim üçün böyük addım olar. Amma uzunmüddətli baxanda, başqa ölkəyə transfer olunub, daha yüksək səviyyədə oynamaq istəyirəm. Çünki hər bir gənc futbolçu kimi mən də daha böyük arenalarda özümü sınamaq arzusundayam. Ən böyük hədəflərimdən biri də "Real Madrid"in formasını geyinməkdir.

- Başqa komandalardan transfer təklifləri gəlir?

- Bildiyim qədəri ilə maraqlanan klublar olub, amma bu barədə daha dəqiq məlumatı menecerim verə bilər. Mənim işim meydanda ən yaxşı performansı göstərməkdir, digər məsələlərlə menecer məşğul olur.

- Siz həm də Azərbaycanın U-18 millisində çıxış edirsiniz. Yığmanın potensialını necə qiymətləndirirsiniz?

- Bəli, U-18 millimizdə çıxış edirəm. Komandamız çox güclüdür, hər bir oyunçu yüksək potensiala malikdir. Burada istedadlı uşaqlar oynayır və hər birimiz ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışırıq. İnanıram ki, gələcəkdə bu komanda daha böyük uğurlara imza atacaq.

- Azərbaycanlı gənc futbolçulara ölkə xaricində münasibət necədir?

- Mən burada özümü yad kimi hiss etmirəm. Mənə qarşı münasibət çox yaxşıdır. Klub daxilində də, gündəlik həyatda da ətrafımda olan insanların dəstəyini hiss edirəm. Bu da mənim tez uyğunlaşmağıma kömək edir. Özümü burada rahat hiss etdiyim üçün yalnız futbola fokuslana bilirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər