"Betis"in kapitanı İsko dizindən əməliyyatı ediləcək. Sport24.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ən azı bir ay meydana çıxmayacaq.
Qeyd edək ki, İsko noyabrın 27-də Avropa Liqasında "Utrext"lə matç zamanı komanda yoldaşı Sofyan Amrabat ilə toqquşma nəticəsində zədə alıb. Bundan əvvəl də zədədən əziyyə çəkən futbolçu bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.