top
İsgəndər Cavadov: “Qarabağ” üçün nisbətən çətin olacaq” Report.az
23 yanvar 2025, 18:12
- ↺ +

İsgəndər Cavadov: “Qarabağ” üçün nisbətən çətin olacaq”

"Qarabağ" üçün nisbətən çətin olacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycanın məşhur veteran futbolçusu İsgəndər Cavadov "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda bu gün FCSB-yə (Rumıniya) qarşı keçirəcəyi matçla bağlı düşüncələrini bölüşərkən deyib.

Mütəxəssis "Qarabağ"ın Azərbaycanı Avropada layiqli təmsil etdiyini vurğulayıb:

"İlk növbədə "Qarabağ"a uğurlar arzulayıram. Neçə illərdir Azərbaycanın klub reytinqini yuxarılarda saxlayır. Ölkəni Avropada layiqincə təmsil edir. İndi Avropada oynamaq çox çətindir. Çünki rəqiblər güclüdür. Bugünkü oyuna gəlincə, heç vaxt proqnoz verməyi xoşlamamışam. "Qarabağ"a ancaq qələbə arzulayıram. FCSB vaxtilə çox güclü komanda olub, heyətində ulduz futbolçular çıxış edib. "Qarabağ" üçün nisbətən çətin olacaq. Yenə də hər şey futbolçulardan asılıdır".

Keçmiş futbolçu Rumıniya təmsilçisi ilə matça azarkeş marağının nisbətən az olmasına da münasibət bildirib:

"Klublar o səviyyədə deyil. Təkcə "Qarabağ"la Azərbaycan futbolunu heç vaxt yüksəklərə qaldıra bilmərik. Həm legionerlər, həm də çempionatımızdakı komandalar güclü olmalıdır. Azarkeşlər beynəlxalq oyunlara çox gəlirlər. Məsələn, beynəlxalq oyunlarda 30 mindən çox adam "Qarabağ"ı stadionda dəstəkləyir. Çempionat oyununa isə 500 nəfər gəlib baxır. Biz vaxtilə futbol oynayanda stadiona hər dəfə 40 min, ən pis halda 20 minə yaxın azarkeş gəlirdi. Düşünürəm ki, "Qarabağ" düzgün yoldadır. Nə bacarırlarsa, onu da göstərirlər".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçının start fiti saat 21:45-də səsləndiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər