top
İsaak Amoah: Araz-Naxçıvanla oyunda özümüzə və hazırlığımıza güvənirik Idman.biz
29 avqust 2025, 10:51
- ↺ +

İsaak Amoah: "Araz-Naxçıvan"la oyunda özümüzə və hazırlığımıza güvənirik

"Qəbələ"nin qanalı müdafiəçisi İsaak Amoahın Futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 2-ci turunda "Zirə" ilə oyuna yaxşı başlayıb hesabı açsanız da, yekunda meydanı xalsız tərk etdiniz (1:2). Hesabda öndə olduğunuz və matça nəzarət etdiyiniz halda, niyə üstünlüyü əldən verərək məğlubiyyətlə üzləşdiniz?

– "Zirə" ilə oyuna güclü başladıq və yaxşı dinamika yaratdıq, amma futbolda kiçik detallar oyunun taleyini dəyişə bilər. Əsas anlarda diqqəti itirdik və rəqib bundan istifadə etdi. Bizim üçün bu vəziyyətlərdən dərs çıxartmaq və növbəti dəfə üstünlüyümüzü daha yaxşı qorumaq vacibdir.

– Sanki məğlubiyyətə aparan yol Eşqin Əhmədovun qolla nəticələnən fərdi səhvindən sonra başladı. Bununla razısınız? Oyundan sonra həmin epizoda görə Eşqinə komanda yoldaşları tərəfindən irad tutuldu, yoxsa dəstək oldunuz?

– Məncə bu, bir futbolçunun səhvi ilə bağlı deyil. Futbolda biz birlikdə qazanırıq və birlikdə uduzuruq. Belə anlar hər bir oyunçunun başına gələ bilər. Təbii ki, komanda olaraq ona dəstəyimizi göstərdik. Əsas məsələ bu cür vəziyyətlərdə komandamızın necə reaksiya verməsi və birlikdə qalmağımızdır. Biz bir-birimizə tam güvənirik.

– İlk 2 turdan sonra "Qəbələ"nin aktivində 1 xal var. Bu nəticə sizi razı salır?

– Əlbəttə, razı deyilik, çünki məqsədimiz daha yüksəkdir. Amma bu, hələ mövsümün başlanğıcıdır. Daha yaxşı oynaya biləcəyimizi anlayırıq və hər gün daha çox çalışırıq ki, oyunlarımız nəticəyə çevrilsin.

– Çempionatın hər iki oyununda xeyli sayda qol epizodu yaratmısınız. Belə olan halda, qələbə qazanmaq üçün komandanızda nə çatışmır?

– Bəli, qol vəziyyətləri yaradırıq, bu da müsbət haldır. Amma çatışmayan cəhət son toxunuşlardır – söhbət qapı qarşısında daha soyuqqanlı olmaqdan və vacib anlarda düzgün qərar verməkdən gedir. Həmçinin müdafiədə daha kompakt olmalıyıq. Bunları yaxşılaşdırsaq, nəticələr də gələcək.

– Növbəti turda "Araz-Naxçıvan"ın qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

– "Araz-Naxçıvan"a hörmətlə yanaşırıq, bu komanda xüsusilə evdə çətin rəqibdir. Amma biz də özümüzə və hazırlığımıza güvənirik. Əgər diqqətli olsaq və güclü tərəflərimizi ortaya qoya bilsək, oradan müsbət nəticə ilə dönəcəyimizə inanırıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Oxşar xəbərlər