"Yuventus" irqçi şüarlar səsləndirdiyinə görə üç azarkeşinə stadiona gəlməsinə qadağa qoyub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hadisə avqustun 24-də A Seriyasının 1-ci turunun "Parma" ilə oyunundan (2:0) sonra baş verib. "Yuventus"un amerikalı yarımmüdafiəçisi Uetson Makkenni meydanda məşq edərkən təhqiredici şüarlara məruz qalıb. Üç fanat video müşahidə kameralarının vasitəsilə müəyyən edilib.
Klub daha əvvəl 2023-cü ilin dekabrında "Roma" və 2024-cü ilin noyabrında "Torino" ilə matçlardan sonra azarkeşlərə oxşar cəzalar tətbiq etmişdi.
Qeyd edək ki, "Yuventus" 5 turdan sonra 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.