"Turan Tovuz"un futbolçusu Roderik Miller Azərbaycan təmsilçisinə keçməzdən əvvəl sabiq komandasından təzminat alıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
İraqın "Al-Minaa" klubu 32 yaşlı müdafiəçiyə 70 min dollar ödəyib.
Qeyd edək ki, 2023-cü ilin martında "Turan Tovuz"a keçən oyunçu 2022-ci ildə "Al-Minaa"da çıxış edib.