AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna müdafiəşinin Misli Premyer Liqasının III turunda "Turan Tovuz"la oyunda qırmızə vərəqə alması səbəb olub.
Oyunçu matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzala ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib.
Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək.
Bundan əlavə, "İmişli" klubu da 3000 manat cərimə edilib. Buna komandanın "Sabah"la qarşılaşmaya gec çıxması səbəb olub.