top
İqor Ponomaryov: Bu mövsüm xeyrimizə hansısa haqsız qərarın şahidi olmamışam Idman.biz
09 oktyabr 2025, 23:54
- ↺ +

İqor Ponomaryov: "Bu mövsüm xeyrimizə hansısa haqsız qərarın şahidi olmamışam"

"Sabah"ın idman direktoru İqor Ponomaryovun "Futbolpress.az"a müsahibə verib. Müsahibəni təqdim edirik:

– "Sabah"ın bu mövsümdə çıxışını necə qiymətləndirirsiniz? 6 turda 11 xal toplamısınız. Bu nəticələri qənaətbəxş hesab etmək olarmı və bu mövsüm üçün konkret hədəflər nələrdir?

– Mövsüm hələ yeni başlayıb. 7 tur keçib, amma biz rəqiblərimizə nisbətən 1 oyun az keçirmişik. İndidən hansısa qiymətləndirmə aparmaq çox çətindir. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komandamız bu marafonu ən yaxşı şəkildə keçərək mövsümün sonunda ən yaxşı yerlərdən birini tutacaq. Komandanın sərgilədiyi oyun buna inam verir.

– Bu mövsüm "Sabah"ın xeyrinə hakim qərarları çox müzakirə olunurdu. Amma "Sumqayıt"la oyunda komandanızın əleyhinə qərarlar verildi və baş məşqçi Dambrauskas hakimləri günahlandırdı. Ümumilikdə, Premyer Liqada hakimliyin səviyyəsi sizi qane edirmi?

– Əgər bizim xeyrimizə deyəndə ədalətli hakim idarəçiliyi nəzərdə tutulursa bununla bağlı nəsə deyə bilmərəm. Çünki bu mövsüm xeyrimizə hansısa haqsız qərarın şahidi olmamışam. Hakimliklə bağlı müzakirələr futbolun bir parçasıdır. O ki qaldı "Sumqayıt"la oyuna, fikrimcə, baş məşqçimizin etirazları başadüşülən və məntiqli idi. Bəzən oxşar epizodlarda fərqli qərarlar haqlı suallar doğurur. 1-2 oyuna görə ümumi səviyyəni müzakirə etmək istəməzdim. Sadəcə, inanmaq istəyirəm ki, bundan sonra hakimlikdən daha çox, meydanda sərgilənən futbol müzakirə ediləcək.

– Son illərdə tez-tez məşqçi dəyişikliyi baş verir. Dambrauskasa daha uzun müddət işləmək şansı veriləcəkmi?

– Düzü, Berezutski ilə yolların ayrılmasına səbəb onun özünün müraciəti idi. Bildiyiniz kimi, Vasili özü getməklə bağlı müraciət etmişdi. Ailəsi ilə bağlı məsələ idi. Biz də onu anlayışla qarşıladıq. Valdas Dambrauskas cəmi 3 aydır komandadadır. Lakin buna baxmayaraq, komanda onun rəhbərliyi altında artıq öz oyununu tapmaqdadır. Dambrauskas yaxşı nəticələri olan, kifayət qədər təcrübəli mütəxəssisdir. İnanıram ki, komanda onun rəhbərliyi altında uğurlu nəticələr qazanacaq.

– Yayda komandaya dəvət olunan futbolçuların çıxışı barədə nə deyə bilərsiniz?

– Məncə, yeni qoşulan futbolçular komandanı bir az da gücləndiriblər. Kimisə xüsusi fərqləndirmək istəməzdim. Yeni, səviyyəli futbolçuların transferi komanda daxilində rəqabətin artmasına səbəb olur ki, bu da meydandakı oyuna da öz müsbət təsirini göstərir.

– Ayxan Abbasovun millinin baş məşqçisi təyin olunması və komandanın Fransa və Ukrayna ilə oyunları barədə nə düşünürsünüz?

– Ayxan Abbasov gənc və perspektivli məşqçidir, ona uğurlar arzu edirəm. İnanıram ki, millidə müsbət nəticələr qazanacaq. Hər birimiz bunu arzu edirik. O ki qaldı Fransa və Ukrayna ilə oyunlara, məncə, bu komandalar barədə xüsusi nə isə deməyə ehtiyac yoxdur. Hər iki komanda ilə səfərdə oynayacağıq. Çətin oyunlar olacaq. Milli komandamız Ukrayna ilə Bakıdakı matçda kifayət qədər yaxşı oyun sərgilədi və haqq etdiyi xalı qazandı. İnanıram ki, bu oyunlarda millimiz özünü ən yaxşı tərəfdən göstərə biləcək.

– Yayda Abbasovun adı "Sabah"la da hallanırdı. Həqiqətənmi belə bir məsələ gündəmdə idi?

– Baş məşqçi axtarışları olanda bir çox məşqçinin namizədliyi nəzərdən keçirilir. Amma həmin vaxt siyahıda sırf hansı məşqçilərin olması ilə bağlı nə isə deyə bilmərəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər