Simone İnzagi qarşıdakı "İnter"in baş məşqçisi vəzifəsini tərk edəcək.
İdman.biz xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb.
O, bu gün Milan klubunun rəhbərliyi ilə keçirilən görüşdən sonra ayrılıq qərarını verib. İtaliyalı mütəxəssis yaxın günlərdə "Əl-Hilal"la müqavilə bağlayacaq. Simonenin Səudiyyə Ərəbistanında ilə 25 milyon dollar qazanacağı məlum olub.
Qeyd edək ki, "İnter" İnzaginin rəhbərliyi ilə 2023/2024 mövsümündə İtaliya çempionu olub. Komanda Çempionlar Liqasının finalında 2023-cü ildə "Mançester Siti", 3 gün əvvəl isə PSJ-yə uduzub.
İdman.biz