AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Əvəzedicilər liqasında XXV turun "Sumqayıt-2" – "Qarabağ-2" oyunu başa çatdıqdan sonra yaşananlar da müzakirə olunub.
"Qarabağ-2"nin futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Komitə onu 4 oyunluq cəzalandırıb. Ağdam klubu isə 300 manat cərimələnib.