top
İntizam Komitəsi Kəpəzi 4000, Araz-Naxçıvanı 8700, Zirəni isə 2000 manat cərimələdi Sport24.az
28 avqust 2024, 13:20
- ↺ +

İntizam Komitəsi "Kəpəz"i 4000, "Araz-Naxçıvan"ı 8700, "Zirə"ni isə 2000 manat cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Premyer Liqanın IV turunda baş verənlərlə bağlı qərarlar verilib.

 

Premyer Liqanın IV turunun "Səbail" – "Kəpəz" oyunu bitdikdən sonra "Kəpəz"in analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, "Kəpəz" klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.9, 32);

 

Premyer Liqanın IV turunun "Araz-Naxçıvan" – "Neftçi" oyununda "Araz-Naxçıvan"ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilir (maddə 37);

 


Premyer Liqanın IV turunun "Araz-Naxçıvan" – "Neftçi" oyununun 90+5-ci dəqiqəsində "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, "Araz-Naxçıvan" komandası 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);

 

Premyer Liqanın IV turunun "Araz-Naxçıvan" – "Neftçi" oyununun 90+5-ci dəqiqəsində "Araz-Naxçıvan"ın inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, "Araz-Naxçıvan" komandası 4000 manat cərimə edilir (maddə 43.4, 32);

 

Premyer Liqanın IV turunun "Araz-Naxçıvan" – "Neftçi" oyununda "Neftçi"nin 6 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi" 700 manat cərimə edilir (maddə 37);

 

Premyer Liqanın IV turunun "Araz-Naxçıvan" – "Neftçi" oyununda "Neftçi"nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Neftçi"yə xəbərdarlıq edilir (maddə 43.7);

 

Premyer Liqanın IV turunun "Sabah" – "Sumqayıt" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Sabah" 800 manat cərimə edilir (maddə 51.2);

 

Premyer Liqanın IV turunun "Sabah" – "Sumqayıt" oyununda "Sumqayıt"ın baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə Samir Abasova xəbərdarlıq edilir (maddə 11);

 

Premyer Liqanın IV turunun "Sabah" – "Sumqayıt" oyununda "Sumqayıt"ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Sumqayıt" klubuna xəbərdarlıq edilir (maddə 43.7);

 

Premyer Liqanın IV turunun "Zirə" – "Şamaxı" oyunu bitdikdən sonra "Zirə" komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə "Zirə" klubu 2000 manat cərimə edilir (maddə 73.3);

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Oxşar xəbərlər