top
İnterlə qarşılaşmada Fabreqas: Əsl gücümüzü göstərəcəyik Idman.biz
Bu gün, 11:20
- ↺ +

İnterlə qarşılaşmada Fabreqas: Əsl gücümüzü göstərəcəyik

İtaliyanın "Komo" futbol komandasının baş məşqçisi Sesk Fabreqas UEFA Çempionlar Liqasında Fransanın "Lans" kollektivi üzərində 9:1 hesablı tarixi qələbədən sonra qarşıdakı "İnter" matçı barədə danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis "La Gazzetta dello Sport" qəzetinə açıqlamasında komandasının Avropanın ən nüfuzlu klub turnirindəki uğurunu yüksək qiymətləndirib.

"Bəli, biz tarixə düşdük. Bu, azarkeşlərimiz və klubumuz üçün unudulmaz axşam oldu. Hər şey istədiyimiz kimi alındı. Lakin eyni tempdə davam etməliyik. Çünki bazar günü bizi daha bir vacib qarşılaşma gözləyir", - deyə Fabreqas bildirib.

Baş məşqçi futbolçularına Fransa təmsilçisi üzərindəki böyükhesablı qələbəni arxada qoyaraq bütün diqqətlərini "İnter"lə görüşə yönəltməyi tapşırdığını vurğulayıb:

"Bu anın dadını çıxarmağa haqqımız var. Komanda buna layiqdir. Amma futbolda hadisələr çox sürətlə dəyişir. Futbolçularıma artıq "Lans"la oyunu unutmağı və yalnız "İnter" barədə düşünməyi tapşırmışam. Bizi İtaliyanın son çempionunun meydanında olduqca çətin qarşılaşma gözləyir".

Fabreqas Milana səfərdə komandasının əsas məqsədini də açıqlayıb:

"Məqsədimiz Milana gedib əsl kimliyimizi göstərməkdir. Bu oyun həm fiziki, həm də psixoloji baxımdan böyük güc tələb edəcək. Hazırlıq üçün vaxtımız azdır, amma bundan maksimum yararlanmalıyıq. Milli komandaların fasilələri arasındakı dövrdə doqquzuncu matçımız olacaq. Bu mərhələni yaxşı nəticə ilə başa vurmaq istəyirik".

Qeyd edək ki, "Komo" Çempionlar Liqasındakı debüt mövsümündə "Lans"ı səfərdə 9:1 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atıb. İtaliya A Seriyasının növbəti turunda isə Fabreqasın komandası noyabrın 8-də "San-Siro" stadionunda "İnter"in qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:04

Andorranın qapıçısı Xesus Ovono faciədən sonra psixoloji sarsıntıyla üzləşir, Jerar Pike ona dəstək olur

Futbol
Bu gün, 12:00

U-17 millisinin baş məşqçisi Almaniyaya qarşı planlarından danışıb

Digər
Bu gün, 11:49

Azərbaycanlı kayakçılar və kanoecilər Batumidə super sprintdə yarışacaqlar

Futbol
Bu gün, 11:34

Messi, Ronaldo və Neymar 2026-cı ildə milli komanda karyeralarını bitirdi

Digər
Bu gün, 11:34

Azərbaycan stolüstü tennis komandası Avrasiya Liqasında liderlik davam etdirir

Futbol
Bu gün, 11:20

Benfica lider, Ararat-Armeniya sonuncu

Gimnastika
Bu gün, 11:09

Zəfər Gününə həsr olunan bədii gimnastika yarışı Xüsusi Olimpiya Komitəsi ilə keçiriləcək;

Futbol
Bu gün, 11:09

De Miquelin ölümündən sonra dörd oyun təxirə salındı

Qarabağ FK
Bu gün, 11:00

“Turan Tovuz” Qarabağa 21 aylıq qalibiyyəti gözləyir

Voleybol
Bu gün, 10:58

Azərbaycan Voleybol Super Ligi Qadınlar üçün yeni mövsümün I turunu keçirəcək

Digər
Bu gün, 10:43

Aysel Əhmədli: Finalda artan inamla qızıl medal qazanıb;

Futbol
Bu gün, 10:40

Karlos Visens yeni baş məşqçi olaraq Lion (Qvardiola) komandası ilə razılaşdı

Digər
Bu gün, 10:39

Azərbaycanlı Məhəmmədəli Osmanlı UFC Fight Night-da Moldova rəqibi Andruşka ilə döyüşəcək

Futbol
Bu gün, 10:31

Sabah yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə qarşılıqlı razılığa əsasən yolları ayırdı;

Futbol
Bu gün, 10:26

Niko Ililcevic 16 yaşında Bundesliga-da Mukoko rekordunu yenidən qırdı

Futbol
Bu gün, 10:20

Kabo-Verde kaptanına qarşı ittihamda yalançı qadın məhkəməyə çağırıldı

Basketbol
Bu gün, 10:09

Neftçi basketbolçusu Aleks Stepanovic Avropa Kubokunun 5-ci turunun ən yaxşı beşində

Futbol
Bu gün, 10:00

Xvalko Kəpəz'i tərif edib, Azərbaycana qayıtmaya hazırdır

Futbol
Bu gün, 09:54

Tuxel, İngiltərə milli komandasında Koul Palmerin sağlamlığını yoxlayıb, dəyişikliklərə hazırlaşıyor

Futbol
Bu gün, 09:45

Azərbaycanın UEFA klublar reytinqi Ukraynadan 0,65 xal uzaqda qalır

Futbol
Bu gün, 09:40

Qalatasaray 25 m avro ilə Rus futbolçusuna transferə hazırdır

Basketbol
Bu gün, 09:39

Ordu vs Sabah: Azərbaycan Basketbol Liqasının VI turu 20:00-da başlayır;

Digər
Bu gün, 09:39

Futsalçının Lənkəranda möhtəşəm atmosferdən bəhs etməsi – 2-2 Çexiya matçından sonra

Oxşar xəbərlər