İtaliyanın "İnter" klubu A Seriyasında 2011-ci ildən bu yana mövsümün ən pis başlanğıcını edib.
"Report" xəbər verir ki, milanlılar ötən gün "Yuventus"a 3:4 hesabı ilə məğlub olmaqla bu uğursuzluğu yaşayıblar.
Bununla da komanda mövsümün ilk üç turunda 2 məğlubiyyətlə üzləşib.
İlk üç matçda iki məğlubiyyət "İnter"in 2011/2012 mövsümündən bəri ən pis nəticəsidir.
Həmin vaxt 3 tur ərzində cəmi 1 xal qazananan komandanln baş məşçisi Can Pyero Qasperini istefaya göndərilmişdi.
Qeyd edək ki, "İnter" A Seriyasında 3 xalla 11-ci sırada yer alıb.
"İnter İtaliya A Seriyası mövsüm