"Sassuolon"un müdafiəçisi Tarik Muharemoviç A Seriyasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki bu barədə "La Gazzeta Dello sport" məlumat yayıb.
"İnter" bosniyalı futbolçunu transfer etmək istəyir. Milan təmsilçisi 22 yaşlı mərkəz müdafiçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Muharemoviçin "Sassuolo" ilə mövcud müqaviləsi 2031-ci ilin yayında başa çatır.