top
İnter Mayaminin qolkiperi: Messi nə səhər yeməyi, nə də günorta yeməyi yemir komandada Idman.biz
31 may 2025, 14:14
- ↺ +

"İnter Mayami"nin qolkiperi: "Messi nə səhər yeməyi, nə də günorta yeməyi yemir komandada"

"Messi komandadan bir qədər ayrı yaşayır".

İdman.biz xəbər verir ki, bu sözləri "İnter Mayami"nin 18 yaşlı qapıçısı Dmitri Torubara komandanın əsas ulduzlarının davranışları barədə danışarkən deyib.

ABŞ klubunun akademiyasında çıxış edən ukraynalı qolkiper Тribuna.com saytına müsahibə verib: "Məsələn, Buskets – ümumilikdə daha qapalı biridir. Amma mehribandır, səmimidir, səhər yeməyində və naharda həmişə salamlaşır. Onların hamısı tərbiyəlidirlər, və heç vaxt belə bir şey hiss etmərsən ki, kimsə düşünər: "Mən "Barselona"da oynamışam, sizdən üstünəm". Onlar komanda ruhunu saxlayırlar və gənc oyunçulara qarşı münasibətləri normaldır. Deyə bilmərəm ki, ən yaxın dostlarıq, amma həmişə salamlaşırlar, söhbət edirlər. Onlardan heç biri "başqa planetdən olan" ulduz kimi hiss olunmur.

Jordi Alba isə komandanın ürəyidir. O, həm gənclərlə, həm böyüklərlə, həm də amerikalılarla zarafatlaşır, məşqlərdən sonra qalır. Bir sözlə, kollektivin ürəyidir".

Bəs Lionel Messi? "Yəqin ki, artıq müsahibələrdən də eşitmisiniz, o, hələ "Barselona"da olarkən də olduqca qapalı biri olub. Klubda nə səhər yeməyi yeyir, nə də nahar edir, öz şəxsi həkimi, fizioterapevti var, yəni komandadan bir qədər ayrı yaşayır. Amma məşqlərdə tam şəkildə hər kəslə birlikdə çalışır, ünsiyyət qurur, çox tərbiyəlidir. Necə desəm… Elə olmur ki, kiminləsə salamlaşmasın və ya kobud davransın. Hamısı çox mehribandır. Heç bir üstünlük hiss olunmur.

Messi şəkil çəkdirməyə çox sakit yanaşır. Onun kiməsə yox dediyini heç vaxt görməmişəm. Ətrafında bir milyon mühafizəçi qaçışmır. Aydındır ki, yanında həmişə həmin o ciddi cangüdən olur – yəqin siz də onu görmüsünüz. O, kifayət qədər məşhurdur. Deyəsən, bütün klub ondan qorxur (gülür). Ona baxanda fikirləşirsən: "Görəsən, yaxınlaşmağa dəyər, ya yox?"

Messi yeni gələndə klubda bizə dərhal dedilər: ‘Bura onun iş yeridir. Onsuz da evinin qarşısında, stadionda kifayət qədər fanatı gözləyir, ona görə sizdə ondan şəkil çəkdirməyi istəməyin". Amma… bu, çətin məsələdir. Messi iki metr aralıda olanda – ondan şəkil istəməmək mümkün deyil. Bu artıq bir refleksdir. Mən də, əlbəttə, nəzakətlə xahiş etdim və o da razılaşdı".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:50

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

Oxşar xəbərlər