ABŞ təmsilçisi "İnter Mayami" futbolçusu Jordi Alba ilə müqavilə müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Alba "İnter Mayami"yə 2023-cü ildə "Barselona"dan (İspaniya) keçib. O, bu mövsüm meydana çıxdığı 17 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.