İtaliyanın "İnter" klubu A Seriyasının digər təmsilçisi "Cenoa"nın müdafiəçisi Koni de Vinterlə müqavilə bağlamağa yaxındır.
"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, tərəflər danışıqlara başlayıb.
Milan klubu 2025/2026 mövsümü başlamazdan əvvəl 23 yaşlı belçikalı futbolçunu transfer etmək istəyir. "Cenoa"nın müdafiəçinin satışından 30 milyon avro qazanmaq niyyətində olduğu bildirilib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, 2024/2025 mövsümündə "Cenoa"nın heyətində 26 matçda meydana çıxan K. De Vinter 3 qol müəllifi olub. "Transfermarkt" oyunçunun dəyərini 22 milyon avro qiymətləndirir.