İspaniyanın "Real" klubunun qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "İnter" 26 yaşlı qolkiperlə maraqlanır.
Bundan əlavə, A Seriyasında çıxış edən bir neçə komanda oyunçunu izləyir. Onlardan birinin qışda Lunin üçün Madrid klubuna təklif göndərəcəyi ehtimal olunur.
Qeyd edək ki, 2018-ci ildə İspaniya nəhənginə keçən ukraynalı qapıçı cari mövsüm heyətə düşməkdə çətinlik çəkir.