İtaliyanın "İnter" klubu A Seriyası təmsilçiləri arasında 2024/2025 mövsümündə oyunların yayımından qazanca görə lider olub.
"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan klubu televiziya hüquqlarından 81,6 milyon avro əldə edib.
Digər klublardan "Napoli" 67,8 milyon avro, "Yuventus" 67,7 milyon avro, "Milan" 67,3 milyon avro, "Roma" isə 61,2 milyon avro qazanıb.
Qeyd edək ki, 2024/2025 mövsümün qalibi "Napoli" olub. "İnter" ikinci, "Atalanta" isə üçüncü yeri tutub.