 Report.az
                                                    Report.az
                                            
                    
                    İngiltərənin nəhəng klubları İspaniya təmsilçisi "Levante"də çıxış edən futbolçu Karl Etta Eyonqla maraqlanır.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti", "Mançester Yunayted", "Arsenal", İspaniyanın "Real" və "Barselona" klubları hücumçunu heyətinə qatmaq istəyir.
22 yaşlı kamerunlu forvard da 2026-cı ilin əvvəlində yeni komandaya qoşulmaq niyyətindədir.
Qeyd edək ki, Karl Etta Eyonq cari mövsümdə meydana çıxdığı 10 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
