top
İngiltərədə 126-ci, Premyer Liqada 33-cü mövsüm BAŞLAYIR İdman.biz
16 avqust 2024, 15:31
- ↺ +

İngiltərədə 126-ci, Premyer Liqada 33-cü mövsüm BAŞLAYIR

Bu gün "Mançester Yunayted" – "Fulhem" matçı ilə İngiltərə Premyer Liqasının 33-cü mövsümünə start verilir.

İdman.biz xəbər verir ki, 1888-1892-ci illərdə Futbol Liqasındakı 4 mövsümü və 1892-1992-ci illərdə Futbol Liqasının I divizionundakı 89 mövsümü də nəzərə alsaq, İngiltərənin ən güclü klublarının çempionatının 126-cı mövsümünün başlanacağını demək olar.

"Preston Nord End"in çempionluğu ilə nəticələnmiş ilk 1888/1889 mövsümündən hazırkı çempionatda 3 komanda iştirak edəcək – "Aston Villa", "Vulverhempton", "Everton". Sonuncu bu həftə 122-ci mövsümünə çıxacaq. "Aston Villa"nın 111-ci, "Liverpul"un 110-cu, "Arsenal"ın 108-ci mövsümü olacaq. Cari Premyer Liqanın 20 iştirakçısı arasında ən az təcrübə 8-ci mövsümünə çıxacaq "Bornmut"dadır. Bu komanda ilk dəfə 2015/2016 mövsümündə Premyer Liqada yarışıb. Digər klublardan 6-sının İngiltərə çempionatının ən güclüləri sırasında debütündən 50 ildən, 13-nün debütündən isə 1 əsrdən çox keçib.

İngiltərə çempionu adını indiyədək 24 komanda qazanıb ki, onlardan 13-ü bu mövsümün 20 iştirakçısı arasındadır. Onların sırasında "Nyukasl" 4 çempionluğundan sonuncusunu 97 il öncə qazanıb. Ən çox çempionluq "Mançester Yunayted" (20), "Liverpul" (19) və "Arsenal"dadır (13). Son 4 çempionatın qalibi "Mançester Siti"dir.

Premyer Liqanın ən yaşlı oyunçuları "Fulhem"dədir (orta yaş – 27,3). Ən gənc heyət isə "Çelsi"dədir (22,52).

20 klubdan yalnız 3-nü ingiltərəli məşqçi çalışdırır. Ən çox məşqçi İspaniyadandır – 5. Ən yaşlı məşqçi "Tottenhem"dədir. Avstraliyalı Anqelos Postekoqlunun 59 yaşı var. Ən gənc isə "Brayton"u çalışdıran 31 yaşlı Fabian Hürtselerdir. İspan mütəxəssis Pep Quardiola artıq 8 il 47 gündür "Mançester Siti"nin baş məşqçisidir. Ən az müddət isə Pepin həmyerlisi Yulen Lopetegidədir (47 gün, "Vest Hem").

I tur
16 avqust

"Mançester Yunayted" – "Fulhem"
17 avqust
"İpsviç" – "Liverpul"
"Arsenal" – "Vulverhempton"
"Everton" – "Brayton"
"Nyukasl" – "Sauthempton"
"Nottingem" – "Bornmut"
"Vest Hem" – "Aston Villa"
18 avqust
"Brentford" – "Kristal Pelas"
"Çelsi" – "Mançester Siti"
19 avqust
"Lester" – "Tottenhem"

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər