top
İngiltərə Premyer Liqasında Tottenhem bu mövsüm 18-ci məğlubiyyətini yaşayıb Report.az
22 aprel 2025, 02:13
- +

İngiltərə Premyer Liqasında "Tottenhem" bu mövsüm 18-ci məğlubiyyətini yaşayıb

İngiltərə Premyer Liqasının 33-cü turunda "Tottenhem" Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Nottinhem Forest"i qəbul edib.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur Stedium"da baş tutmuş oyunu baş hakim Piter Benks idarə edib.

Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə "meşəçilər"in yarımmüdafiəçisi Elliot Anderson ev sahiblərini məyus edib. 16-cı dəqiqədə qonaqlar tablodakı üstünlüyü artırıblar: hücumçu Kris Vud qapıçı Qulyelmo Vikarionu məyus edib. Angelos Postekoqlunun yetirmələrinin gücü isə ancaq bir qola çatıb: 87-ci dəqiqədə braziliyalı forvard Rişarlison qollardan birinin əvəzini çıxıb və yekun hesabı müəyyənləşdirib.

Beləliklə, 33 oyundan sonra 16-cı pillədə qərarlaşan paytaxt təmsilçisinin cəmi 37 xalı var. Bu, "mahmızlar"ın 18-ci məğlubiyyəti olub. Sonuncu dəfə onlar 2003/2004 mövsümündə bu qədər uduzmuşdular. O zaman "Tottenhem" mövsümü 19 məğlubiyyətlə başa vurmuşdu. Şimali London klubunu "Liverpul", "Kristal Pelas", "Aston Villa" və "Brayton" qarşı oyunlar gözləyir. Bundan başqa, "mahmızlar" mayın 1-də Norveçin "Budö-Qlimt"i ilə Avropa Liqasının yarımfinalında görüşəcəklər.

33 oyundan sonra 60 xala malik "Nottinhem Forest" isə üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın ən yaxın təqibçiləri "Nyukasl" (59 xal), "Mançester Siti" (58), "Çelsi" (57) və Aston Villa"dır (57). Eyni zamanda, Nunu Santunun yetirmələrini "Arsenal"dan 6 xal ayırır. "Meşəçilər" son 5 oyunda "Brentford", "Kristal Pelas", "Lester", "Vest Hem" və "Çelsi" ilə üzləşəcək. Bundan başqa, onlar aprelin 27-də Pep Qvardiolanın komandası ilə İngiltərə Kubokunun yarımfinal matçında qarşılaşacaqlar.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının vahid lideri Arne Slotun "Liverpul"udur (79). "Topçular"ı 13 xal fərqlə arxasında qoyan "qırmızılar" növbəti turu üç xalla başa vurarsa, 20-ci çempionluqlarını rəsmən elan edəcəklər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qolf
Bu gün, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Futbol
Bu gün, 08:20

France Football-un “İlin ən yaxşı məşqçisi” mükafatı üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 06:39

Bellinqem: “Mourinhonun işi möhtəşəl, amma 200% şansı əldən buraxdım”

Futbol
Bu gün, 05:37

Rusiya və İran milli komandaları Kazanda yoldaşlıq matçında üz-üzə gəlir

Futbol
Bu gün, 04:29

Mourinho: Titulsuz futbolçu da “Qızıl top” qazana bilər

Futbol
Bu gün, 01:57

Qabriel Jezus Arsenalda tək qalaraq Barcelona transferini izah etdi

Futbol
Bu gün, 01:43

Mourinyo, Realın Interə qarşı 2:1 qalibiyyəti şərh etdi

Futbol
Bu gün, 01:31

Pau Kubarsi Qızıl topa namizəd göstərilən ən gənc müdafiəçi seçildi

Qarabağ FK
Bu gün, 00:48

Abdullah Zubir Səudiyyə “Əl‑Uruba” ilə müqaviləsi qeydə alınmadığı üçün klubsuz qaldı

Futbol
Bu gün, 00:33

İvan Rakitiç “Barselona”nı Çempionlar Liqasının əsas favoriti hesab edir

Qarabağ FK
Dünən, 23:55

"Sabahın Ulduzları" Bakı Kubokunda U-14 yaş qrupunun 10-cu turu başladı

Basketbol
Dünən, 23:53

Azərbaycanın U-16 basketbol millisi Yalovada EVOQ Challenge Cup Pre Season turnirində iştirak edir

Basketbol
Dünən, 23:24

U14 Azərbaycan basketbol komandası Yalova turnirində ikinci yerə yüksəldi

Qarabağ FK
Dünən, 14:06

“Qarabağ” Mateuş Koxalskinin Polşanın “Vyeçista” klubuna transferini rəsmən açıqladı

Futbol
Dünən, 00:43

Bruno Fernandes 2026 Qızıl Top mükafatının namizədləri arasına daxil olub

Futbol
07 sentyabr 2026, 22:26

Fənərbağça müdafiəçisi Rodriqo Bekao Rusiyanın Rodina klubuna keçmək üzrə

Futbol
07 sentyabr 2026, 22:11

Fiorentina üç məğlubiyyətdən sonra Vanoli ilə yenidən baş məşqçi vəzifəsinə qayıtdı

Futbol
07 sentyabr 2026, 21:56

Xankəndi klubunun fiziki hazırlıq məşqçisi Ali Hənifəzadə təyin olundu

Futbol
07 sentyabr 2026, 21:26

Qəbələ Futbol Akademiyasında U-15‑U-19 komandalarına danışılmış oyunlar üzrə seminar keçirildi

Formula 1
07 sentyabr 2026, 20:30

Lando Norris İtaliya Qran-prisindən sonra isti hava səbəbindən özünü pis hiss etdi

Futbol
07 sentyabr 2026, 20:27

M.Salah Trabzonsporda Superliga debutunda 4 qol vurar, rekord qırdı

Futbol
07 sentyabr 2026, 20:23

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemi ilə müqavilə imzalayıb

Futbol
07 sentyabr 2026, 20:16

Neftçi nigeriyalı hücumçu Adeleke Akinyeimi 2+1 illik müqavilə ilə komandaya qatdı

Futbol
07 sentyabr 2026, 20:10

Şəmkir və Şirvan uzaqda qalib gəldilər

Oxşar xəbərlər