top
İngiltərə Premyer Liqasında Nyukasl Mançester Yunaytedi böyük hesabla məğlub edib, Çelsi isə zəif rəqibin öhdəsindən gələ bilməyib Report.az
13 aprel 2025, 22:10
- ↺ +

İngiltərə Premyer Liqasında "Nyukasl" "Mançester Yunayted"i böyük hesabla məğlub edib, "Çelsi" isə zəif rəqibin öhdəsindən gələ bilməyib

İngiltərə Premyer Liqasının 32-ci turunda "Çelsi" autsayder "İpsviç"i, "Nyukasl" isə "Mançester Yunayted"i qəbul edib.

"Report" xəbər verir ki, baş hakim Stüart Ətueilin idarə etdiyi "Çelsi" – "İpsviç" matçı "Stemford Bric"də, Kris Kavananın idarə etdiyi "Nyukasl" – "Mançester Yunayted" qarşılaması isə "Sent Ceyms Park"da baş tutub.

Birinci oyunda qonaqlar sensasiyaya yaxın olsa da, "zadəganlar" buna imkan verməyib. Belə ki, qarşılaşmanın birinci hissəsi "traktorçular"ın inamlı üstünlüyü ilə başa çatıb: 19-cu dəqiqədə Xulio Ensiso, 31-ci dəqiqədə isə Ben Conson fərqləniblər. Lakin matçın ikinci hissəsində ev sahibləri status-kvonu bərpa ediblər: 46-cı dəqiqədə "İpsviç"in konqolu müdafiəçisi Aksel Tuanzebe avtoqola imza atıb, 79-cu dəqiqədə isə Ceydon Sanço matçda son nöqtəni qoyub – 2:2.

"Nyukasl" – "Mançester Yunayted" qarşılaşmasında isə beş qol vurulub. Matçın ilk yarısında komandalar heç-heçəyə razılaşıblar: 24-cü dəqiqədə Sandro Tonali "sağsağanlar"ı hesabda irəli çıxarıb, 37-ci dəqiqədə isə Alexandro Qarnaço tablodakı rəqəmləri bərabərləşdirib. İkinci hissədə isə "Nyukasl" Harvi Barns (49", 64") və Brunu Gimaraynşın (77") qolları sayəsində "qırmızı şeytanları" daha üç dəfə məyus edib – 4:1.

Beləliklə, 32-ci turdan sonra 54 xala malik "Çelsi" "Aston Villa" ilə xallarını bərabərləşdirib və 6-cı pilləyə yüksəlib. 18-ci pillədəki "İpsviç" (21 xal) isə yerində addımlayıb.

Bu qələbədən sonra "Nyukasl" (56) "Aston Villa" (54), "Çelsi" (54) və "Mançester Siti"ni (55) geridə qoyaraq ilk dördlüyə daxil olub. Ehtiyatında bir oyunu olan "sağsağanlar"ı "Nottinhem Forest"dən bir, "Arsenal"dan isə yeddi xal ayırır. Ruben Amorimin yetirmələri (38) isə "Everton"un dünənki qələbəsi fonunda 14-cü pilləyə düşüblər. Komandanın liqadan düşmə ehtimalı olmasa da, növbəti il avroturnirlərdə iştirak etmək uğrunda da yarışdan kənardır. Bununla belə, "qırmızı şeytanlar" Avropa Liqasında mübarizəni davam etdirirlər. Turnirdəki mümkün birincilik "mankunianlar"a Çempionlar Liqasına vəsiqə qazandıracaq.

Qeyd edək ki, günün digər qarşılaşmalarında "Tottenhem" "Vulverhempton" səfərindən əliboş qayıdıb – 4:2, "Liverpul" isə son dəqiqələrdə "Vest Hem"dən 3 xal qoparıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər