top
İngiltərə Premyer Liqasında Liverpulu çempionluğa yalnız iki qələbə qalıb Report.az
13 aprel 2025, 19:09
- +

İngiltərə Premyer Liqasında "Liverpul"u çempionluğa yalnız iki qələbə qalıb

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Liverpul" Londonun "Vest Hem"ini qəbul edib.

"Report" xəbər verir ki, baş hakim Endrü Medlinin idarə etdiyi matç "Enfild"də baş tutub.

Ötən tur 204 günlük aradan sonra Premyer Liqada məğlub olan "qırmızılar" "çəkicdöyənlər"lə oyuna çoxsaylı hücumlarla başlayıblar. Bunun nəticəsində matçın 16-cı dəqiqəsində misirli vinger Məhəmməd Salahın ötürməsindən sonra ekvadorlu Luis Dias topu tora qovuşdurub. Arne Slotun komandası təzyiqi sürdürsə də, ilk yarıda başqa qol vurulmayıb.

İkinci hissənin ortalarına doğru təşəbbüsü ələ alan "Vest Hem"in hesabı bərabərləşdirmək üçün bir neçə fürsəti olsa da, qonaqlar buna nacaq avtoqol sayəsində nail olublar: 86-cı dəqiqədə müdafiəçilər Vircil van Dayk və Endrü Robertsonun inamsız oyunu nəticəsində ikinciyə toxunan top Alissonun qoruduğu qapıya daxil olub – 1:1. Bununla belə, Qrem Potterin yetirmələrinin sevinci çox çəkməyib. Üç dəqiqə sonra Vircil van Dayk argentinalı yarımmüdafiəçi Aleksis Makallisterin künc ötürməsindən "qırmızlar"ın ikinci qoluna imza atıb və oyunda son nöqtəni qoyub: "Liverpul" – 2, "Vest Hem" – 1.

Beləliklə, 76-cı xalını toplayan "Liverpul"u çempionluğunun rəsmiləşməsindən cəmi iki qələbə (6 xal) ayırır. Onun ən yaxın təqibçisi "Arsenal"dır – 63 xal. "Vest Hem" isə 25 xalla 17-ci pillədə qalıb. Komandanı liqadan düşmə zonasından – 18-ci pillədən 14 xal ayırır.

Qeyd edək ki, İngiltərə Premyer Liqası 38 turdan ibarətdir. Çempionata mayın 25-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Bu gün, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Futbol
Bu gün, 00:33

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

Futbol
Bu gün, 00:23

“Sabahın Ulduzları” Bakı Kubokunda “Neftçi” və “Sumqayıt” komandalarının inamlı qələbələri

Futbol
Dünən, 23:44

Skaloninin Argentina millisinin baş məşqçiliyi vəzifəsindən ayrılma düşüncələri

Futbol
Dünən, 23:24

Tibo Kurtua Belçika millisinin çıxışını müvəqqəti dayandırdığını açıqladı

Olimpiada
Dünən, 17:55

MPK rəhbərliyi Cənubi Koreyada “Muju Qran-pri” turnirində qızıl medal qazanan parataekvondoçularla görüşdü

Qolf
Dünən, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Cüdo
Dünən, 15:55

Hidayət Heydərov Budapeştdə “Böyük Dəbilqə” turnirində iştirak edəcək

Futbol
Dünən, 15:00

“Kəpəz” kapitanı Dioqo Verdaska zədələndi, “Qəbələ” ilə qarşılaşma qeyri-müəyyən

Basketbol
Dünən, 13:00

Neftçi klubunun heyətinə amerikalı basketbolçu Elayca Hokins qatıldı;

Futbol
Dünən, 08:20

France Football-un “İlin ən yaxşı məşqçisi” mükafatı üçün namizədlər açıqlanıb

Futbol
Dünən, 06:39

Bellinqem: “Mourinhonun işi möhtəşəl, amma 200% şansı əldən buraxdım”

Futbol
Dünən, 05:37

Rusiya və İran milli komandaları Kazanda yoldaşlıq matçında üz-üzə gəlir

Futbol
Dünən, 04:29

Mourinho: Titulsuz futbolçu da “Qızıl top” qazana bilər

Futbol
Dünən, 01:57

Qabriel Jezus Arsenalda tək qalaraq Barcelona transferini izah etdi

Futbol
Dünən, 01:43

Mourinyo, Realın Interə qarşı 2:1 qalibiyyəti şərh etdi

Futbol
Dünən, 01:31

Pau Kubarsi Qızıl topa namizəd göstərilən ən gənc müdafiəçi seçildi

Qarabağ FK
Dünən, 00:48

Abdullah Zubir Səudiyyə “Əl‑Uruba” ilə müqaviləsi qeydə alınmadığı üçün klubsuz qaldı

Futbol
Dünən, 00:33

İvan Rakitiç “Barselona”nı Çempionlar Liqasının əsas favoriti hesab edir

Qarabağ FK
08 sentyabr 2026, 23:55

"Sabahın Ulduzları" Bakı Kubokunda U-14 yaş qrupunun 10-cu turu başladı

Basketbol
08 sentyabr 2026, 23:53

Azərbaycanın U-16 basketbol millisi Yalovada EVOQ Challenge Cup Pre Season turnirində iştirak edir

Basketbol
08 sentyabr 2026, 23:24

U14 Azərbaycan basketbol komandası Yalova turnirində ikinci yerə yüksəldi

Qarabağ FK
08 sentyabr 2026, 14:06

“Qarabağ” Mateuş Koxalskinin Polşanın “Vyeçista” klubuna transferini rəsmən açıqladı

Oxşar xəbərlər