top
İngiltərə Premyer Liqası X tur: Çelsinin Bakı səfəri öncəsi sınağı, lider Arsenalın və hazırkı çempion Liverpulun durumu - İDMAN.BİZ-İN TƏHLİLİ Idman.biz
01 noyabr 2025, 15:39
- ↺ +

İngiltərə Premyer Liqası X tur: "Çelsi"nin Bakı səfəri öncəsi sınağı, lider "Arsenal"ın və hazırkı çempion "Liverpul"un durumu - İDMAN.BİZ-İN TƏHLİLİ

Bu həftəsonu dünyanın ən güclü futbol liqası olan İngiltərə Premyer Liqasında X turun görüşləri baş tutacaq.

İdman.Biz-in məlumatına görə, IX turdan sonra "Arsenal" bir qədər irəliləyərək liderliyini qoruyub və ümumilikdə Artetanın komandası hələlik ən sabit təsir bağışlayan kollektivdir.

Bununla belə, yaxın izləyicilər çox uzaqda deyil və "topçular"ın istənilən uğursuzluğu rahat üstünlüyün itirilməsinə gətirib çıxara bilər.

"Tottenhem" - "Çelsi" (1 noyabr)

London derbisi Bakı ab-havasında keçəcək: "Çelsi" artıq 5 noyabrda Çempionlar Liqasında "Qarabağ"la oyuna görə Bakıya gələcək. Buna görə də "Tottenhem Hotspur Stadium"dakı matç "zadəganlar" üçün Tofiq Bəhramov stadionunda oyun ərəfəsi ümumi sınaq xarakteri daşıyır.

Tomas Frankın komandası həftəiçi Liqa Kubokundan kənarlaşdırılıb və baş məşqçi sıx oyun təqvimindən açıq şəkildə şikayətlənib, lakin "Çelsi"yə qarşı ilk dəqiqələrdən fəal oynamalı olduqlarını bildirib. "Totenhem" müdafiə baxımından müsbət xəbərlərlə diqqət çəkir - Kristian Romero və Destini Udoci artıq komandaya dönüblər.

"Çelsi"də isə yeni gərginlik yaşanır: Liqa Kubokunda "Vulverhempton"la 4:3 hesablı gərgin oyundan sonra baş məşqçi Enso Mareska Liam Delapın meydandan qovulmasını "çox axmaq hərəkət" adlandırıb və fasilədən sonra komandasının əsəbi oyununa görə narazılığını bildirib. Bu, Bakıdakı qarşılaşma öncəsi vacib siqnaldır - məşqçinin özü etiraf edib ki, futbolçular 3:0 öndə olsalar da, "panikaya düşüblər". Deməli, "zadəganlar"ın oyununda müəyyən inamsızlıq hiss olunur və "Tottenhem"lə qarşılaşma onun təsadüfi hal, yoxsa sistemli problem olub-olmadığını göstərəcək.

"Mançester Siti" – "Bornmut" (2 noyabr)

X turun qarşılaşması öncəsi "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Erlinq Halandın oynamağa hazır olduğunu, Rodrinin isə bud əzələsindəki zədədən sonra heyətə qayıda biləcəyini təsdiqləyib. Bu, artıq səkkiz turdur məğlub olmayan Andoni İraolanın komandası qarşısında güc balansını ciddi şəkildə dəyişir.

İndiki "Bornmut" müdafiədə dərindən oynamır, dalğavari pressinq tətbiq edir və İraolanın "təşkil olunmuş xaos" adlandırdığı sistemdə oynayır. Bu, baş məşqçinin "Rayo Valyekano"dakı dövründən bəri ən aqressiv oyun planlarından biridir və hazırda turnir cədvəlindəki ikinci yer tamamilə haqlı görünür.

"Liverpul" – "Aston Villa" (2 noyabr)

Hazırkı çempion ağır dönəmdən keçir: "Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl dörd oyundur uduzur və bütün turnirlər üzrə son səkkiz matçın altısında məğlub olub. Arne Slot matçdan əvvəl komandanın hücum futbolundan imtina etməyəcəyini bildirib, amma təzyiq və heyət problemlərini etiraf edib. "Qırmızılar"da Rayan Qravenberxin qayıtması mümkündür, lakin bir neçə futbolçu hələ də zədəlidir.

Əksinə, Una Emrinin komandası yüksəlişdədir: "Aston Villa" Premyer Liqada ardıcıl dörd qələbə qazanıb və "Enfild"ə yaxşı forma və top­suz oyunda yüksək intizamla gəlir.

Turun digər oyunları:

"Brayton" – "Lids" (1 noyabr)

"Bernli" – "Arsenal" (1 noyabr)

"Kristal Pelas" – "Brentford" (1 noyabr)

"Fulhem" – "Vulverhempton" (1 noyabr)

"Nottinqem Forest" – "Mançester Yunayted" (1 noyabr)

"Vest Hem" – "Nyukasl" (2 noyabr)

"Sanderlend" – "Everton" (3 noyabr)

Turnir cədvəli:

"Arsenal" – 22

"Bornmut" – 18

"Tottenhem" – 17

"Sanderlend" – 17

"Mançester Siti" – 16

"Mançester Yunayted" – 16

"Liverpul" – 15

"Aston Villa" – 15

"Çelsi" – 14

"Kristal Pelas" – 13

"Brentford" – 13

"Nyukasl Yunayted" – 12

"Brayton" – 12

"Everton" – 11

"Lids" – 11

"Bernli" – 10

"Fulhem" – 8

"Nottingem Forest" – 5

"Vest Hem" – 4

"Vulverhempton" – 2

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər