top
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” Londonda son dəqiqə qələbəsi qazandı - YENİLƏNİB + VİDEO Idman.biz
25 yanvar 2026, 22:36
- ↺ +

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” Londonda son dəqiqə qələbəsi qazandı - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 23-cü turunda keçirilən "Arsenal" - "Mançester Yunayted" matçı dramatik sonluqla yadda qalıb. Londonun "Emirates" stadionunda baş tutan qarşılaşmada qonaqlar 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, oyunda hesab 29-cu dəqiqədə Lisandro Martinesin avtoqolu ilə açılıb və "Arsenal" irəli çıxıb. 37-ci dəqiqədə Brayan Mbemo tarazlığı bərpa edib. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Patrik Dorqu "Mançester Yunayted"i önə keçirib. 84-cü dəqiqədə Mikel Merino hesabı yenidən bərabərləşdirsə də, 87-ci dəqiqədə Mateus Kunya qonaqlara qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra "Arsenal" 50 xalla Premyer Liqanın turnir cədvəlinə liderlik edir. "Mançester Yunayted" isə 38 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda "Arsenal" 31 yanvarda "Lids Yunayted"lə, "Mançester Yunayted" isə 1 fevralda "Fulhem"lə qarşılaşacaq.

21:00

İngiltərə Premyer Liqasının 23-cü turunda "Aston Villa" səfərdə "Nyukasl"la qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş "Aston Villa"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində hesabı 19-cu dəqiqədə yarımmüdafiəçi Emiliano Buendia açıb. 88-ci dəqiqədə isə hücumçu Olli Uotkins fərqlənərək matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra "Aston Villa" 46 xala yüksələrək Premyer Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Nyukasl" isə 33 xalla doqquzuncu yerdədir.

Turun digər qarşılaşmasında "Nottingem Forest" səfərdə "Brentford"u 2:0 hesabı ilə məğlub edib. Matçda qolları 12-ci dəqiqədə "Nottingem Forest"in hücumçusu İqor Jezus, 80-ci dəqiqədə isə Avoniyi vurub.

20:31

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Kristal Palas" və "Çelsi" komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, səfərdə keçirilən qarşılaşmada "Çelsi" 3:1 hesablı qələbə qazanıb.

Hesabı 34-cü dəqiqədə Estevao açıb. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Joao Pedro fərqi iki topa çatdırıb. 64-cü dəqiqədə isə Enso Fernandes penaltini dəqiq yerinə yetirərək üstünlüyü daha da artırıb.

Ev sahibləri üçün vəziyyət 73-cü dəqiqədə daha da çətinləşib. Adam Uorton ikinci sarı vərəqə aldıqdan sonra meydandan kənarlaşdırılıb. "Kristal Palas"ın yeganə qolu isə 88-ci dəqiqədə Kris Riçards tərəfindən vurulub.

Bu nəticədən sonra "Kristal Palas" 28 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Çelsi" isə 37 xalla Premyer Liqada beşinci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Basketbol
Bu gün, 18:52

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Digər
Bu gün, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Digər
Bu gün, 17:16

Biletin qiyməti 3 minə qədər: “Qızıl top” mərasimində iştirak neçəyə başa gəlir?

Digər
Bu gün, 17:16

U-15 dünya çempionatında 22 yığma niyə iştirak etməyəcək? - İdman səbəbləri və siyasi fikir ayrılıqları - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Futbol
Bu gün, 16:33

Fransa Liqa 1-də “Tuluza”‑“Trua” oyunu etirazlara görə bir gün gecikdirildi

Qarabağ FK
Bu gün, 16:31

Nəriman Axundzadə: “Azərbaycana qayıtmağı düşünmürəm”

Digər
Bu gün, 16:30

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO

Digər
Bu gün, 16:16

“Karvan-Yevlax”ın qapıçısı hədəfini açıqladı

Oxşar xəbərlər