top
İngiltərə Premyer Liqası: Mançester Siti və Aston Villadan böyük hesablı qələbələr, digər nəticələr - VİDEO Idman.biz
09 noyabr 2025, 22:49
- ↺ +

İngiltərə Premyer Liqası: "Mançester Siti" və "Aston Villa"dan böyük hesablı qələbələr, digər nəticələr - VİDEO

İngiltərə Premyer Liqasının XI turunda "Mançester Siti" öz meydanında "Liverpul"u qəbul edib.

İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 13-cü dəqiqəsində "Liverpul"un qapısına penalti təyin olunub, lakin qapıçı Georgi Mamardaşvili Erlinq Holandın zərbəsini qaytara bilib. Buna baxmayaraq, Holand 29-cu dəqiqədə hesabı açaraq "Mançester Siti"ni önə keçirib.

İlk hissənin əlavə dəqiqələrində, 45+3-cü dəqiqədə, Niko Qonsales fərqi iki topa yüksəldib. 63-cü dəqiqədə isə Jeremi Doku üçüncü qolu vuraraq matçda yekun nəticəni müəyyənləşdirib.

"Mançester Siti" üç xalı aktivinə yazdıraraq turnir cədvəlində mövqeyini möhkəmləndirib.

21:53

İngiltərə Premyer Liqasının XI turunda bu gün daha dörd qarşılaşma keçirilib.

İdman.Biz xəbər verir ki, günün ən diqqətçəkən nəticələrindən biri Birminqemdə qeydə alınıb.

"Aston Villa" öz meydanında "Bornmut"u 4:0 hesabı ilə məğlub edib. Qolları Emiliano Buendia, Amadu Onana, Ross Barkli və Doniell Malen vurublar. Bu qələbədən sonra "Aston Villa" 18 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Eyni xala malik "Bornmut" isə 9-cu yerdədir.

Londonda keçirilən digər görüşdə "Kristal Palas" və "Brayton" qolsuz heç-heçə oynayıblar. Komandalar müvafiq olaraq turnir cədvəlində 10-cu və 11-ci yerlərdə yer alırlar.

"Nottinqem Forest" isə öz meydanında "Lids"i 3:1 hesabı ilə məğlub edib.

Digər oyunda "Brentford" say üstünlüyündən istifadə edərək "Nyukasl"ı 3:1 hesabı ilə üstələyib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Bu gün, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
Dünən, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
Dünən, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Dünən, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Dünən, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
06 oktyabr 2026, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Oxşar xəbərlər