top
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb Report.az
05 may 2024, 21:35
- +

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Liverpul" "Tottenhem"i qəbul edib.

"Report" xəbər verir ki, hakim Pol Tirninin idarə etdiyi matç "Enfild" stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, "qırmızılar" fəal başlayıb. Artıq 16-cı Məhəmməd Salah topu başla tora göndərib. Ona məhsuldar ötürməni niderlandlı Kodi Qakpo edib. Yarım saat sonra ev sahiblərinin cinah müdafiəçisi Endrü Robertson fərqi artırıb.

İkinci hissənin ilk 15 dəqiqəsində Yürgen Kloppun yetirmələri daha iki qol vura biliblər. 50-ci dəqiqədə Kodi Qakpo Harvi Elliotun ötürməsini qola çevirib. Cəmi 9 dəqiqə sonra Harvi Elliot "Liverpul"un dördüncü qolunu vurub.

Bununla belə, matçın son 20 dəqiqəsində "mahmızlar" oyunda geridönüş etməyə cəhd ediblər. Oyunun 73-cü dəqiqəsində Rişarlison, 77-ci dəqiqədə isə koreyalı Son Hın Min fərqlənsə də, Angelos Postekoqlunun yetirmələrinin bundan artığına gücü çatmayıb. Beləliklə, matç Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 4:2.

Qeyd edək ki, 36 oyundan sonra "Liverpul"un nəzəri də olsa, çempionluq şansı qalır. Komandanın 78 xalı var və hazırkı çempion "Mançester Siti"dən (ehtiyatında bir oyun var) dörd, cari turnir cədvəlinin lideri "Arsenal"dan isə beş xal geri qalır. Bununla belə, "qırmızılar" üçüncü pillədəki yerlərini sığortalayıblar. Mersisayd təmsilçisinin ən yaxın təqibçisi "Aston Villa"dır (67 xal).

"Tottenhem" isə 35 oyuna 60 xal qazana bilib. Beşinci pillədə qərarlaşan "mahmızlar"ı 36 oyun keçirmiş "Aston Villa"dan yeddi xal ayırır. "Ağlar" ardıcıl dörd oyundur ki, yenilirlər.

Xatırladaq ki, mövsümün birinci yarısında "Tottenhem" hakimin şübhəli qərarlar verdiyi oyunda "Liverpul"u məğlub etmişdi.

Rəylər (0)

Son xəbərlər

Olimpiada
Bu gün, 12:27

Paris-2024: Cənubi koreyalı idmançılar bezib bu addımı atdılar

Digər
Bu gün, 12:22

Paris-2024: Əliyeva uduzub, Ağayev gözləyir

Digər
Bu gün, 12:21

Millimizin baş məşqçisi badmintonçumuzun çıxışını dəyərləndirib

Olimpiada
Bu gün, 12:10

Keişa Fatimə: "Çalışacam ki, növbəti oyunda daha yaxşı çıxış edim”

Digər
Bu gün, 11:51

Keişa Fatimə Zəhra: “İstər-istəməz həyacan var idi”

Futbol
Bu gün, 11:50

Tahir Süleymanov: “Gecikmiş təyinatın fəsadları çempionat oyunlarında özünü göstərəcək”

Digər
Bu gün, 11:45

Olimpiya kəndində vida

Basketbol
Bu gün, 11:33

Qızlarımız finalın astanasında

Digər
Bu gün, 11:19

Orxan Səfərov: “Balabəy onu keçərsə, finala qədər irəliləyəcək”

Olimpiada
Bu gün, 11:16

Paris-2024: Badmintonçumuz ilk görüşdə məğlub oldu

Futbol
Bu gün, 11:06

“Şamaxı”nın yeni transferi sıradan çıxıb

Digər
Bu gün, 10:41

Paris-2024: Badmintonçumuz uduzur

Futbol
Bu gün, 10:40

İcraiyyə Komitəsinin üzvü Trabzona yollanır

Digər
Bu gün, 10:30

Paris-2024: Keişa Fatimə Zəhra Bing Jiao Heyə qarşı

Futbol
Bu gün, 10:20

“Sabah”ın xorvatiyalısı: “Kompakt oynadıq və rəqibə fərqlənmək üçün hər hansı şans vermədik”

Basketbol
Bu gün, 10:13

Üçüncü qələbə arzusunda

Basketbol
Bu gün, 10:07

Millimiz finalın bir addımlığında

Futbol
Bu gün, 10:00

"Şamaxı" serbiyalı müdafiəçi ilə müqavilə bağladı

Digər
Bu gün, 09:46

Diananın Paris-2024 sınağı

Digər
Bu gün, 09:42

PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək

Futbol
Bu gün, 09:41

AFFA rəsmisi “Trabzonspor”un oyununda

Futbol
Bu gün, 09:40

“Neftçi” “Roma” və Latsio”nun sabiq futbolçusu ilə danışıqlar aparır - EKSKLÜZİV

Digər
Bu gün, 09:37

Paris-2024: Snayperimiz hədəf önünə keçir

Digər
Bu gün, 09:22

Cüdoçularımız Paris tatamisində

Oxşar xəbərlər