top
İngiltərə Premyer Liqası: “Liverpul” autsayderi darmadağın edib Report.az
25 yanvar 2025, 21:15
- ↺ +

İngiltərə Premyer Liqası: “Liverpul” autsayderi darmadağın edib

İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" evdə çempionatın autsayderi "İpsviç"i qəbul edib.

"Report" xəbər verir ki, "Enfild"də baş tutmuş oyunu baş hakim Maykl Solsberi idarə edib.

Matçda hesab erkən açılıb: 11-ci dəqiqədə "qırmızılar"ın macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai dəqiq zərbə endirərək qapıçı Kristian Voltonu məyus edib. 35-ci dəqiqə misirli Məhəmməd Salah komandasının ikinci, özünün isə mövsümdə 19-cu qolunu qeydə aldırıb. Birinci hissəyə isə niderlandlı hücumçu Kodi Qakponun qolu ilə yekun vurulub – 3:0.

İkinci hissə də Arne Slotun yetirmələrinin hücumları ilə başlayıb. Bunun nəticəsidir ki, 66-cı dəqiqədə Kodi Qakpo dubla imza ataraq hesabdakı fərqi artırıb. "Traktorçular"ın isə gücü cəmi bir qola çatıb: 90-cı dəqiqədə Ceykob Qrivz başla topu qapıya göndərib – 4:1.

Turun digər qarşılaşmalarında isə "Arsenal" səfərdə "Vulverhempton"dan üstün olub – 0:1, "Sauthempton" – "Nyukasl" matçında "müqəddəslər"in növbəti məğlubiyyəti qeydə alınıb – 1:3, "Brayton" evdə "Everton"a yenilib – 0:1, "Bornmut" isə bu mövsüm fövqəluğurlu çıxışları ilə seçilən "Nottingem Forest"i darmadağın edib – 5:0.

Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutacaq: "Mançester Siti" "Çelsi"ni sınağa çəkəcək.

Qeyd edək ki, turnirin cədvəlinə 53 xala malik "Liverpul" liderlik edir. "Qırmızılar"ın ən yaxın təqibçisi isə 47 xalı olan "topçular"dır, lakin "Liverpul"un ehtiyatında bir oyun var. İlk üçlüyü "meşəçilər" (44 xal) qapayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Oxşar xəbərlər