top
İngiltərə Premyer Liqası: “Çelsi” London derbisində xal itirib, “Mançester Siti” rəqibini darmadağın edib Report.az
04 yanvar 2025, 21:48
- ↺ +

İngiltərə Premyer Liqası: “Çelsi” London derbisində xal itirib, “Mançester Siti” rəqibini darmadağın edib

İngiltərə Premyer Liqasının 20-ci turunda "Kristal Pelas" "Çelsi" ilə oyunda məğlubiyyətdən xilas olub, "Mançester Siti" isə "Vest Hem"i darmadağın edib.

"Report" xəbər verir ki, "Kristal Pelas" – "Çelsi" London derbisi "Selhörst Park"da, "Mançester Siti" – "Vest Hem" qarşılaşması isə "Siti of Mançester Stedium"da baş tutub.

Derbidə hesabı açan "zadagənlar" olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təziqi artıran "qartallar" oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.

Paralel keçən digər qarşılaşmada "Mançester Siti" Londonun "Vest Hem"inə dörd qol vurub. 10-cu dəqiqədə "çəkicdöyənlər"in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann "şəhərlilər"in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb: 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.

Eyni zamanda baş tutmuş digər qarşılaşmalarda "Aston Villa" "Lester"i (2:1), "Bornmut" "Everton"u (1:0), "Brentford" isə "Sauthempton"u (0:5) yenib. Öncəki oyunda isə "Nyukasl" səfərdə "Tottenhem"dən üstün olub – 1:2.

Günə "Brayton" – "Arsenal" matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri "Liverpul" əzəli rəqibi "Mançester Yunayted"i qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:53

Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir”

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Oxşar xəbərlər