top
İngiltərə Premyer Liqası: “Çelsi”, “Liverpul” və “Mançester Siti” xal itiriblər Report.az
15 yanvar 2025, 02:17
- ↺ +

İngiltərə Premyer Liqası: “Çelsi”, “Liverpul” və “Mançester Siti” xal itiriblər

İngiltərə Premyer Liqasının 21-ci turunda mövsümün favoritləri xal itiriblər.

"Report" xəbər verir ki, yanvarın 14-də start götürmüş matçlarda "Brentford" "Mançester Siti"ni, "Çelsi" Bornmut"u, "Vest Hem" "Fulhem"i, "Nottingem Forest" isə "Liverpul"u qəbul edib.

"Brentford" – "Mançester Siti" qarşılaşması ev sahiblərinin geridönüşü ilə yadda qalıb. "Şəhərlilər"in 66 və 78-ci dəqiqələrdə Fil Foden sayəsində vurduğu qollara "arılar" konqolu Yoan Vissanın 82-ci və danimarkalı kapitan Kristian Nörqorun isə əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə vurduğu dəqiq zərbələrlə cavab verib – 2:2.

"Çelsi" – "Bornmut" matçında da eyni hesab qeydə alınıb. 13-cü dəqiqədə Kol Palmerin erkən qolu hesabda irəli çıxan "zadəganlar" üstünlüklərini qoruya bilməyiblər. Belə ki, 50-ci dəqiqədə Castin Klüyvert penaltini dəqiq yerinə yetirib. Cəmi 18 dəqiqə sonra "albalılar"ın qanalı hücumçu Antuan Semenyo qonaqların növbəti qoluna imza atıb. Bununla belə, London təmsilçisinin kapitanı Ris Ceyms oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə status-kvonu bərpa edərək oyunda son nöqtəni qoyub – 2:2.

"Vest Hem"in Londonda eyni şəhəri təmsil edən "Fulhem"i qonaq etdiyi matçda beş qol qeydə alınıb. "Fulhem" "çəkicdöyənlər"in Karlos Soler (31), Tomaş Souçek (33), Lukas Paketa (67) sayəsində vurduğu qollarına nigeriyalı Aleks İvobinin dublu ilə qarşılıq verib – 3:2.

Turun mərkəzi qarşılaşmalarından biri isə Nottingemşirdə keçirilib: mövsümün gözlənilməz favoriti "Nottingem Forest" "Enfild"də yendiyi "Liverpul"la üzləşib. "Meşəçilər"in "qırmızılar"ın qapısına yol tapması çox çəkməyib: 8-ci dəqiqədə Kris Vud qapıçı Alisson Bekeri məyus edib. Buraxılmış qoldan sonra təzyiqi artıran Arne Slotun yetirmələri istəklərinə 66-cı dəqiqədə nail olublar: meydana yenicə girmiş Dioqu Jota və Konstantinos Tsimikas ilk toxunuşdaca müvafiq olaraq qol və assistə imza atıblar. "Qırmızılar"ın çoxsaylı hücumları baxmayaraq, oyunda başqa qol vurulmayıb – 1:1.

Qeyd edək ki, 21-ci turun birinci gününün nəticələrinə görə, "Liverpul" 47 xalla şəriksiz liderdir. Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun daha var. "Meşəçilər" (41 xal) isə qazanılmış bir xalla yanvarın 15-də "Tottenhem"i sınağa çəkəcək "Arsenal"ı ötərək ikinci pilləyə yüksəliblər. "Çelsi" 37 xalla dördüncü pillədəki yerini bərkidib. "Mançester Siti" də 35 xalla 6-cı pillədə yerində addımlayıb. "Fulhem" (30) 9-cu, "Vest Hem" (26) isə 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, yanvarın 13-də çempionatın 15-ci turundan ertələnmiş "Everton" – "Liverpul" oyunu fevralın 12-də keçiriləcəyi açıqlanmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Oxşar xəbərlər