top
İngiltərə Premyer Liqası: Çelsi - Arsenal London Derbisi Öncesi Idman.biz
29 noyabr 2025, 12:50
- ↺ +

İngiltərə Premyer Liqası: "Çelsi" - "Arsenal" London Derbisi Öncesi

İngiltərə Premyer Liqasının XIII turu iki gün ərzində keçiriləcək və bu müddətdə bir neçə vacib qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun mərkəzi oyunu şübhəsiz "Çelsi" ilə "Arsenal" arasında keçiriləcək böyük London derbisi olacaq. Hazırda "Arsenal" turnir cədvəlinin zirvəsində qərarlaşıb, "Çelsi" isə ikinci pillədədir.

Eyni zamanda böhran yaşayan, 12-ci yerə qədər geriləyən "Liverpul"un çıxışı da diqqətdə olacaq. Həmçinin 3-cü pillədə yer alan "Kristal Pelas"ın "Mançester Yunayted"lə dueli maraqla gözlənilir.

"Çelsi" - "Arsenal"

Bu qarşılaşma 13-cü turun əsas hadisəsi kimi dəyərləndirilir. "Arsenal" derbiyə lider kimi gəlir: komandanın 12 matçdan sonra 29 xalı var. "Çelsi" isə 23 xalla ikinci pillədədir və altı xallıq fərqi azaltmağa çalışır.

Hər iki komanda həftəortası Çempionlar Liqasında parlaq çıxış edib. "Çelsi" "Barselona"nı 3:0 hesabı ilə məğlub edərək derbiyə yüksək əhval-ruhiyyə ilə gəlir. "Arsenal" da güclü oyun sərgiləyərək "Bavariya"nı 3:1 üstələyib. Mikel Arteta görüşdən sonra bildirib ki, bir böyük qələbədən sonra dərhal növbətisini qazanmaq vacibdir.

"Çelsi" qarşılaşma öncəsi mühüm əlavə güc qazanıb: Koul Palmer tam sağalıb və start heyətində yer ala bilər. Baş məşqçi Enzo Mareska Dario Essuqonun da məşqlərə qayıtdığını deyib. Lakin Romeo Lavia və Levi Kolvilllə bağlı problemlər davam edir. "Arsenal"da əsas sual Leandro Trossardla bağlıdır: Artetanın sözlərinə görə, futbolçu əlavə müayinədən keçəcək və matçda iştirakı hələ də mümkündür.

Hər iki komandanın çalışdırıcıları derbinin əhəmiyyətini xüsusi vurğulayıblar. Mareska azarkeşlərin dəstəyinin vacibliyini qeyd edərək onların son avrokubok oyununda yaratdığı möhtəşəm atmosferi xatırladıb. Arteta isə rəqibin gücündən danışaraq "Çelsi"nin çempionluq uğrunda mübarizəni tam haqq etdiyini deyib.

Qeyd edək ki, komandalar indiyədək 211 dəfə üz-üzə gəlib. Bu görüşlərin 84-də "topçular", 66-da isə "aristokratlar" qələbə qazanıb. Digər oyunlar heç-heçə başa çatıb.

APL-in 13-cü turunun oyunları

29 noyabr

"Brentford" – "Bernli"

"Mançester Siti" – "Lids"

"Sanderlend" – "Bornmut"

"Everton" – "Nyukasl"

"Tottenhem" – "Fulhem"

30 noyabr

"Kristal Pelas" – "Mançester Yunayted"

"Aston Villa" – "Vulverhempton"

"Nottingem Forest" – "Brayton"

"Vest Hem" – "Liverpul"

"Çelsi" – "Arsenal"

13-cü tur öncəsi APL-in turnir cədvəli

"Arsenal" – 29

"Çelsi" – 23

"Mançester Siti" – 22

"Aston Villa" – 21

"Kristal Pelas" – 20

"Brayton" – 19

"Sanderlend" – 19

"Bornmut" – 19

"Tottenhem" – 18

"Mançester Yunayted" – 18

"Everton" – 18

"Liverpul" – 18

"Brentford" – 16

"Nyukasl" – 15

"Fulhem" – 14

"Nottingem Forest" – 12

"Vest Hem" – 11

"Lids" – 11

"Bernli" – 10

"Vulverhempton" – 2

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Oxşar xəbərlər