top
İngiltərə Premyer Liqası: bu gün Liverpul 20-ci çempionluğunu rəsmiləşdirə bilər Report.az
27 aprel 2025, 11:00
- ↺ +

İngiltərə Premyer Liqası: bu gün "Liverpul" 20-ci çempionluğunu rəsmiləşdirə bilər

Bu gün İngiltərə Premyer Liqasının 34-cü turunda "Liverpul" "Tottenhem"i qəbul edəcək. "Qırmızılar"a çempionluqlarını elan etmək üçün cəmi bir xal yetərlidir.

"Report" xəbər verir ki, "Enfild"də baş tutacaq matçı baş hakim Tomas Bremell idarə edəcək.

"Liverpul" hazırda 19 liqa tituluna sahibdir, sonuncusu 2019/2020 mövsümündə Yürgen Kloppun başçılığı altında olub. Bugünkü oyunda qələbə və ya heç-heçə ilə Mersisayd təmsilçisi nəinki çempion olacaq, həm də bu göstəricidə əzəli rəqibi "Mançester Yunayted"lə bərabərləşəcək. "Qırmızı şeytanlar" sonuncu – 20-ci titulu Aleks Ferqüsonun dövründə – 2012/2013 mövsümündə qazanıb.

"Liverpul" – "Mançester Yunayted" qarşıdurması İngiltərə futbolunun ən vacib rəqabətlərindən biridir. Son illərdə "Liverpul" təkcə kuboklar baxımından "Mançester Yunayted"i geridə qoyaraq İngiltərənin ən titullu klubu ünvanını özünə qaytarıb. Mersisaydlıların hazırda 19 İngiltərə çempionluğu və 6 avrokubok da daxil olmaqla 68 kubok, "Mançester Yunayted"in isə 67 mükafatı var. Beləliklə, "Liverpul" 20-ci əsrin böyük bir hissəsində əldə etdiyi tarixi üstünlüyü bərpa edib.

Arne Slotun yetirmələri 33 oyuna 79 xal qazanıblar. Onların ən yaxın təqibçisi Mikel Artetanın "Arsenal"ıdır – 34 oyuna 67 xal. "Arsenal"ın çempionluq üçün riyazi şansları olsa da, bu, xəyali görünür. Bunun üçün "qırmızılar" mövsümün son beş oyununda ancaq məğlub olmalı, "topçular" isə son dörd matçda yalnız qələbə qazanmalıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər