top
İngiltərə Premyer Liqası: “Axsaq” çempion, cəsarətli debütantı sınağa çəkir Idman.biz
02 dekabr 2025, 18:09
- ↺ +

İngiltərə Premyer Liqası: “Axsaq” çempion, cəsarətli debütantı sınağa çəkir

Dekabr ayına xas sıx təqvimə görə İngiltərə Premyer Liqasının XIV turu 2–4 dekabr tarixlərində baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun ən diqqətçəkən oyunlarından biri son çempion "Liverpul"la İngiltərə Premyer Liqasının debütantı "Sanderlend" arasında olacaq görüşdür.

"Liverpul" oyuna 21 xalla səkkizinci, "Sanderlend" isə 22 xalla altıncı pillədən start götürür.

Arne Slotun komandası əvvəlki turda "Vest Hem" üzərində 2:0 hesablı qələbə ilə uğursuz seriyaya son qoyub. Bununla belə, "qırmızılar" bu mövsüm çox qeyri-sabit çıxış edir: klub son onilliklərin ən zəif 12 matçlıq seriyasını yaşayır və son iki ev oyununu da uduzub. Slot hazırda Məhəmməd Salahın son oyunda ehtiyatdan çıxışından sonra bu dəfə start heyətinə qayıdıb-qayıtmayacağını təsdiqləməkdən yayınır. Üstəlik, Salahın 15 dekabrda Afrika Kuboku üçün komandadan ayrılması da əlavə amildir.

Kadr vəziyyətində "Liverpul" üçün yaxşı xəbərlər də var: Florian Virts zədədən sonra sıraya dönüb, Co Qomes uzun fasilədən sonra ilk dəfə APL-də start heyətində yer alıb, Aleksandr İsak isə Premyer Liqadakı qolsuzluq seriyasını qırıb. Bununla belə, məşqçilər korpusu altı gün ərzində üç oyun keçirməli olduqları üçün yükün düzgün bölüşdürülməsinin vacibliyini vurğulayır.

"Sanderlend" "Enfild"ə mövsümün ən sensasiyalı debütantı statusu ilə gəlir. Komanda ötən turda 0:2 hesabı ilə geri düşdüyü matçda "Bornmut"u 3:2 məğlub edərək böyük əzmkarlıq göstərmişdi. Baş məşqçi Reci Le Bri bunun komandanın xarakterindən irəli gəldiyini qeyd edərək bildirib ki, "bu vəziyyətdə bir çox komanda təslim olardı". Diqqətçəkən başqa nüans isə budur ki, "Sanderlend" 1983-cü ildən bəri "Enfild"də "Liverpul"u məğlub edə bilmir.

XIV turun digər oyunları

2 dekabr

"Bornmut" - "Everton"

"Fulhem" - "Mançester Siti"

"Nyukasl" - "Tottenhem"

3 dekabr

"Arsenal" - "Brentford"

"Brayton" - "Aston Villa"

"Bernli" - "Kristal Palas"

"Vulverhempton" - "Nottingem Forest"

"Lids" - "Çelsi"

4 dekabr

"Mançester Yunayted" - "Vest Hem"

İngiltərə Premyer Liqasında 13 turdan sonra vəziyyət

"Arsenal" - 30

"Mançester Siti" - 25

"Çelsi" - 24

"Aston Villa" - 24

"Brayton" - 22

"Sanderlend" - 22

"Mançester Yunayted" - 21

"Liverpul" - 21

"Kristal Palas" - 20

"Brentford" - 19

"Bornmut" - 19

"Tottenhem" - 18

"Nyukasl" - 18

"Everton" - 18

"Fulhem" - 17

"Nottingem Forest" - 12

"Vest Hem" - 11

"Lids" - 11

"Bernli" - 10

"Vulverhempton" - 2

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Futbol
Bu gün, 18:27

“Liverpool” Mac Allisterlə yeni müqavilə bağlamağa hazırlaşır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Boks
Bu gün, 18:00

Dörd Azərbaycanlı boksçu noyabrın 7-də İstanbulda WBC kəmərləri uğrunda yarışıb

Futbol
Bu gün, 17:53

Səməd Qurbanov: U-15 Dünya Çempionatı Gənc Futbolçuların Gələcəyini Göstərir

Qarabağ FK
Bu gün, 17:40

"Qarabağ" U-19 UEFA Gənclər Liqasında Zagreb "Dinamosu"na 1:2 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 17:40

"Napoli", "Şaxtyor"un braziliyalı müdafiəçisi Vinisius Tobiasa maraq göstərir

Qarabağ FK
Bu gün, 17:35

Qarabağ U‑19 Dinamo tərəfindən 1:2 məğlub edildi

Cüdo
Bu gün, 17:35

Əbu-Dabi Böyük Dəbilqə turnirində Azərbaycanın cüdoçularının püşkatma rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 17:20

Real Madrid, Liverpulun Argentinalı futbolçusunu transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 17:17

Turan Tovuz və Sabahın matçı öncəsi heyət vəziyyəti təsdiqləndi – İdmam.Biz açıqlaması

Futbol
Bu gün, 17:00

"Sumqayıt"ın futbolçusu Renan Santana:

Cüdo
Bu gün, 16:57

Xankəndidə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Qarabağ FK
Bu gün, 16:51

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularına qarşı qərarlarını açıqladı

Qarabağ FK
Bu gün, 16:40

"Qarabağ" "Sabah"la oyundan sonra 6 min manat cərimə alıb

Futbol
Bu gün, 16:40

Xviça Kvaratsxeliyanın çarpaz bağları qopdu, əməliyyat edildi

Futbol
Bu gün, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Şahmat
Bu gün, 16:32

Murad İbrahimli “Shirvan Open 2026” beynəlxalq şahmat festivalının qalibi oldu

Oxşar xəbərlər