top
İngiltərə Premyer Liqası: Arsenalın çətin qələbəsi, Vulverhemptondan gözlənilməz qələbə və digər oyunların nəticələri Idman.biz
03 yanvar 2026, 23:41
- ↺ +

İngiltərə Premyer Liqası: "Arsenal"ın çətin qələbəsi, "Vulverhempton"dan gözlənilməz qələbə və digər oyunların nəticələri

İngiltərə Premyer Liqasının 20-ci turunda "Bornmut" və "Arsenal" arasında keçirilən oyun başa çatıb. Londonlular 3:2 hesabı ilə qalib gəliblər. Oyun Bornmutdakı "Vitality" stadionunda baş tutub.

Evanilson 10-cu dəqiqədə hesabı açaraq "Bornmut"a üstünlük qazandırıb. Qabriel Maqalyanes 16-cı dəqiqədə cavab qolunu vurub. Deklan Rays 54-cü dəqiqədə qonaqları irəli çıxarıb və 71-ci dəqiqədə ikinci qolunu vurub. Eli Krupi 76-cı dəqiqədə fərqi azaldıb.

Bu oyundan sonra "Bornmut" 23 xalla Premyer Liqanın turnir cədvəlində 15-ci yerdədir, "Arsenal" isə cari mövsümdə 48 xalla liderlik edir.

21:03

İngiltərə Premyer Liqasında "Vulverhempton" və "Vest Hem" arasında keçirilən oyun başa çatıb. Komandalar Vulverhemptondakı "Molino" stadionunda oynayıblar. "Vulverhempton" 3:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərindən qolları Con Arias, Hvanq Hi-çan (penalti) və Mateus Mane vurublar. Bu, "Vulverhempton"un İngiltərə Premyer Liqası mövsümündə ilk qələbəsidir.

"Vulverhempton" 20 oyundan altı xalla Premyer Liqada 20-ci yerdədir. "Vest Hem" isə 14 xalla 18-ci yerdədir.

Turun digər oyununda "Brayton" "Bernli"yə qalib gəlib – 2:0.

"Brayton"un hücumçusu Jorjinyo Rütter 29-cu dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Yasin Ayari ikinci hissənin 47-ci dəqiqəsində meydan sahiblərinin üstünlüyünü artırıb.

18:39

İngiltərə Premyer Liqasında "Aston Villa" və "Nottingem Forest" arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç "Villa Park"da (Birminhem) baş tutub.

Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

"Aston Villa"nın hücumçusu Olli Uotkins hesabı 45+1-ci dəqiqədə açıb. İkinci hissədə yarımmüdafiəçi Con Makginn 49-cu dəqiqədə "Aston Villa"nın üstünlüyünü artırıb. Yarımmüdafiəçi Morqan Gibbs-Uayt 61-ci dəqiqədə qonaq komandanın cavab qolunu vurub. Makginn 73-cü dəqiqədə ikinci qoluna imaq atıb – 3:1.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Bu gün, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Bu gün, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Bu gün, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Bu gün, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Bu gün, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Oxşar xəbərlər