top
İngiltərə Premyer Liqası: Arsenal - Mançester Yunayted qarşılaşmasına İCMAL – İDMAN.BİZ Idman.biz
24 yanvar 2026, 15:26
- ↺ +

İngiltərə Premyer Liqası: "Arsenal" - "Mançester Yunayted" qarşılaşmasına İCMAL – İDMAN.BİZ

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü tura start verilir və bu mərhələyə mövsüm turnir cədvəlinin iki qütbündə aydın görünən intriqa ilə daxil olur.

İdman.Biz xəbər verir ki, yuxarı pillələrdə liderliyi qoruyan "Arsenal" kiçik fərq yarada bilib, arxada isə bir neçə komanda avrokuboklara vəsiqə uğrunda gərgin mübarizəni davam etdirir. Aşağı pillələrdə isə hər turla birlikdə qalmaq uğrunda mübarizə daha da kəskinləşir və istənilən xal itkisi həlledici ola bilər.

"Arsenal" – "Mançester Yunayted" (25 yanvar)

Turun mərkəzi qarşılaşması Londonda baş tutacaq. Çempionatın lideri "Arsenal" doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək. Mikel Artetanın komandası 22 oyundan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir, "mankunianlar" isə 35 xalla beşinci pillədə qərarlaşıb.

"Mançester Yunayted" bu oyuna yüksək əhval-ruhiyyə ilə çıxacaq. Belə ki, ötən turda Maykl Kerrikin rəhbərlik etdiyi kollektiv "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib. Bu qələbə komanda üçün mühüm emosional impuls olmaqla yanaşı, "Old Trafford"da baş məşqçi dəyişikliyindən sonra yüksəlişin başladığını göstərən əsas siqnallardan biri kimi dəyərləndirilir. Məhz bu nəticə "Arsenal"ın ən yaxın izləyiciləri ilə fərqi yeddi xala çatdırmasına da şərait yaradıb.

Oyun ərəfəsi açıqlamalarında Arteta avqust ayında baş tutan və "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşlə müqayisədə bu dəfə tam fərqli futbol gözlədiyini bildirib. London klubunun çalışdırıcısı vurğulayıb ki, rəqib daha intensiv oynayır və enerji baxımından irəliləyiş var. Bu da turnir cədvəlində lider mövqeyinə baxmayaraq, qarşılaşmanın asan olmayacağını göstərir.

"Arsenal"da heyətlə bağlı vəziyyət ümumilikdə müsbət qiymətləndirilir. Müdafiəçilər Rikkardo Kalafiori və Pyero İnkapiye məşqlərə qayıdıblar. Yeganə dəqiq itki gənc futbolçu Maks Douman hesab olunur. Arteta həmçinin Kay Havertsin də sıraya qayıtmağa yaxın olduğunu və yaxın həftələrdə oyun praktikasına cəlb oluna biləcəyini qeyd edib.

"Mançester Yunayted"də isə Kerrik "Emirates" stadionuna səfər ərəfəsində komandanın derbidən sonra yaxşı durumda olduğunu və "Siti" ilə oyunun yeni problemlərsiz başa çatdığını bildirib. Bununla belə, Matteys de Liqtin qarşılaşmanı buraxacağı dəqiqdir. Hücumçu Coşua Zirkze isə zədə səbəbindən əvvəlki oyunda iştirak etməyib və onun durumu hələ də sual altındadır. Eyni zamanda Afrika Millətlər Kubokunda iştirak edən Nussair Mazraouinin qayıdışı da mümkündür.

APL-də 23-cü turun digər oyunları:

24 yanvar

"Vest Hem" – "Sanderlend"

"Bernli" – "Tottenhem"

"Fulhem" – "Brayton"

"Mançester Siti" – "Vulverhempton"

"Bornmut" – "Liverpul"

25 yanvar

"Brentford" – "Nottingem Forest"

"Kristal Pelas" – "Çelsi"

"Nyukasl" – "Aston Villa"

26 yanvar

"Everton" – "Lids"

Hazırkı vəziyyətə görə APL-in turnir cədvəli:

"Arsenal" – 50

"Mançester Siti" – 43

"Aston Villa" – 43

"Liverpul" – 36

"Mançester Yunayted" – 35

"Çelsi" – 34

"Brentford" – 33

"Nyukasl" – 33

"Sanderlend" – 33

"Everton" – 32

"Fulhem" – 31

"Brayton" – 30

"Kristal Pelas" – 28

"Tottenhem" – 27

"Bornmut" – 27

"Lids" – 25

"Nottingem Forest" – 22

"Vest Hem" – 17

"Bernli" – 14

"Vulverhempton" – 8

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Oxşar xəbərlər