top
İngiltərə Premyer Liqası: 21-ci turda heç-heçələr və qollu oyunlar - YENİLƏNİB + VİDEO Idman.biz
08 yanvar 2026, 02:32
- ↺ +

İngiltərə Premyer Liqası: 21-ci turda heç-heçələr və qollu oyunlar - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 21-ci turunun "Bernli" və "Mançester Yunayted" arasında keçirilən oyun başa çatıb. Matç "Turf Moor"da (Bernli) baş tutub. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı Eyden Heven açıb. Qonaq komandanın müdafiəçisi 13-cü dəqiqədə öz qapısına qol vurub. İkinci hissədə "Mançester Yunayted"in hücumçusu Benjamin Şeşko 50-ci dəqiqədə bərabərlik qolunu vurub. Sloveniyalı hücumçu 10 dəqiqə sonra ikinci qolunu da vurub. 66-cı dəqiqədə ev sahibi komandanın oyunçusu Ceydon Entoni hesabı bərabərləşdirib.

"Mançester Yunayted" hazırda 32 xala malikdir və İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir.

Turun digər oyununda "Nyukasl" "Lids"i qəbul edib. Oyunda 7 qol vurulub. Qalib gələn tərəf "Nyukasl" olub – 4:3.

01:37

İngiltərə Premyer Liqasının 21-ci turunda "Mançester Siti" və "Brayton" arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

41-ci dəqiqədə "Mançester Siti"nin hücumçusu Erlinq Holand penaltidən qolla hesabı açıb. 60-cı dəqiqədə qonaq komandanın yaponiyalı cinah oyunçusu Kaoru Mitoma hesabı bərabərləşdirib.

Turun "Everton" və "Vulverhempton" arasında keçirilən qarşılaşması da 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun digər matçında "Kristal Palas" və "Aston Villa" qarşılaşıblar. Oyunda hesab açılmayıb - 0:0.

İngiltərə Premyer Liqasının 21-ci turunda "Fulhem" və "Çelsi" arasında keçirilən oyun başa çatıb. Komandalar London şəhərindəki "Craven Cottage" stadionunda qarşılaşıblar. Ev sahibi komanda 2:1 hesablı qələbə qazanıb.

55-ci dəqiqədə "Fulhem"in hücumçusu Raul Ximenez hesabı açıb. 72-ci dəqiqədə "Çelsi"nin hücumçusu Liam Delap bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Vilson "Fulhem"i yenidən hesabda irəli çıxarıb.

"Brentford" və "Sanderlend" arasındakı qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyundan "Brentford" 3:0 hesabı ilə üstün ayrılıb.

Turun digər oyununda "Bornmut" "Tottenhem"i qəbul edib. Qarşılaşma ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komandanın hücumçusu Matis Tel beşinci dəqiqədə hesabı açıb. "Bornmut"un hücumçusu Evanilson 22-ci dəqiqədə hesabı bərabərləşdirib. Eli Krupi 36-cı dəqiqədə ev sahibi komandanıı irəli çıxarıb. Yarımmüdafiəçi Joao Palinya 78-ci dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə cinah oyunçusu Antuan Semenyo "Bornmut"un qələbəsini təmin edib – 3:2.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Oxşar xəbərlər