top
İngiltərə Premyer Liqası: 20-ci tur oyunlarının nəticələri - YENİLƏNİB + VİDEO Idman.biz
04 yanvar 2026, 23:37
- ↺ +

İngiltərə Premyer Liqası: 20-ci tur oyunlarının nəticələri - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Siti" və "Çelsi" arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, 42-ci dəqiqədə Teyani Reynders "şəhərlilər"i hesabda önə çıxarıb. 90+4-cü dəqiqədə Enso Fernandes "Çelsi"ni məğlubiyyətdən xilas edən qolu vurub.

Bu oyundan sonra "Mançester Siti" 42 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Çelsi" isə 31 xalla beşinci yerdədir.

Növbəti turda "şəhərlilər" yanvarın 7-də öz meydanında "Brayton end Houv Albion"u qəbul edəcək, "mavilər" isə həmin gün "Fulhem"lə qarşılaşacaq.

22:53

"Brentford" İngiltərə Premyer Liqasının 20-ci turunda səfərdə "Everton" qarşısında 4:2 hesabı ilə qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, görüşdə qonaqların braziliyalı hücumçusu İqor Tiaqo het-trik edərək komandasının bütün əsas qollarını vurub. 50-ci dəqiqədə isə Neytan Kollins fərqlənib.

"Everton"un qollarını isə 66-cı dəqiqədə Betu və 90+1-ci dəqiqədə Terno Barri vurub.

Qələbə sayəsində "Brentford" Premyer Liqa cədvəlində 30 xalla yeddinci pilləyə yüksəlib, "Everton" isə 28 xalla 12-ci yerə düşüb.

21:40

İngiltərə Premyer Liqasının 20-ci turunda "Fulhem" və "Liverpul" arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 17-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Harri Uilson açıb. İkinci hissədə, 57-ci dəqiqədə mersisaydlıların yarımmüdafiəçisi Florian Virts hesabı bərabərləşdirib. Görüşün sonunda, 90+4-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Kodi Qakpo komandasını hesabda önə çıxarıb. "Fulhem"in yarımmüdafiəçisi Harrison Rid 90+7-ci dəqiqədə hesabı bərabərləşdirib.

İngiltərə çempionatında 20 oyun keçirən "Fulhem" 28 xal toplayıb və turnir cədvəlində 11-ci yeri tutur. "Liverpul" isə 34 xalla dördüncü pillədə qərarlaşıb.

21:17

İngiltərə Premyer Liqasının 20-ci turunda "Nyukasl Yunayted" və "Kristal Palas" arasında keçirilən oyun ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, hesabı 71-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Bruno Gimaraes açıb. Səkkiz dəqiqə sonra müdafiəçi Malik Şau "Nyukasl"ın üstünlüyünü iki topa çatdırıb.

"Nyukasl Yunayted" 2025/2026 mövsümündə İngiltərə çempionatının turnir cədvəlində səkkizinci yerdədir. Komanda 20 oyunda 29 xal toplayıb. "Kristal Palas" isə 27 xalla 14-cü pillədə qərarlaşıb. Birinci yerdə "Arsenal" (48 xal) qərarlaşıb.

21:10

İngiltərə Premyer Liqasının 20-ci turunda "Tottenhem" və "Sanderlend" arasında keçirilən oyun heç-heçə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda ilk qolu 30-cu dəqiqədə "Tottenhem"in müdafiəçisi Ben Devis vurub. İkinci hissədə, 80-ci dəqiqədə qonaqların hücumçusu Brayan Brobbi hesabı bərabərləşdirib.

İngiltərə çempionatında 20 oyun keçirən "Tottenhem" 27 xal toplayıb və turnir cədvəlində 10-cu yeri tutur. "Sanderlend" isə 30 xalla yeddinci pillədə qərarlaşıb.

18:39

İngiltərə Premyer Liqasının 20-ci turunda "Lids Yunayted" və "Mançester Yunayted" arasında keçirilən oyun başa çatıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Brenden Aaronson açıb. Amerikalı futbolçu ikinci hissədə, 62-ci dəqiqədə fərqlənib. Üç dəqiqə sonra "Mançester Yunayted"in hücumçusu Mateus Kunha hesabı bərabərləşdirib.

İngiltərə çempionatında 20 oyun keçirən "Lids" 22 xal toplayıb və turnir cədvəlində 16-cı yeri tutur. "Mançester Yunayted" isə beşinci pillədə qərarlaşıb, komandanın aktivində 31 xal var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:01

Türkiyə mətbuatı "Fənərbağça"nın "Sabah"ın başa çıxmağına uduzmasının səbəbini irəli sürərək klub tənqid edir

Gimnastika
Bu gün, 14:56

10‑cü və 22‑ci ölkə birincilikləri batut gimnastikası və tamblinq üzrə keçirilir

Digər
Bu gün, 14:41

Muxtorxon Taşxocayev Azərbaycan Milli Paralimpiya Komitəsini təbrik edib

Digər
Bu gün, 14:30

PSJ-də ciddi itkilər: Kvaratsxeliya mövsümü bitirə, Dembele isə həftələrlə oynamaya bilər

Qarabağ FK
Bu gün, 14:20

Pokatilov: "Sabah"ın "Borussiya"ya qarşı debütündə sərgilədiyi futboldan məmnunam, amma səviyyə fərqlidir

Qarabağ FK
Bu gün, 14:16

Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:01

Türkiyəli futbol hakimi Ahmet Çakar Azərbaycana girişi qadağan edildi

Tennis
Bu gün, 13:53

Məşhur tennisçi Mariya Şarapova Bakıda INMerge İnnovasiya Sammitində iştirak edəcək

Digər
Bu gün, 13:39

Özbəkistan mətbuatı “Sabah”ın futbolçusuna diqqət ayırdı

Digər
Bu gün, 13:24

PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Qarabağ FK
Bu gün, 13:24

Abdulax Xaybulaev: “Yaxşı oynayıb qələbə qazana biləcəyimizə inanırdıq” - MÜSAHİBƏ

Cüdo
Bu gün, 13:16

Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan kikboksçuları 38 medal ilə altıncı yeri tutdu

Futbol
Bu gün, 13:09

Araz-Naxçıvanın mərkəz müdafiəçisi İssuf Paro Qəbələ ilə matçda iştirak edə bilməyəcək

Qarabağ FK
Bu gün, 13:00

VIII tur üçün rəmzi komanda: Sabahdan 3, Neftçidən 2, Qarabağdan 1 futbolçu

Futbol
Bu gün, 12:54

Karolina Reyna U-17 dünya çempionatında qələbə qazandı

Futbol
Bu gün, 12:53

Erik ten Hag: Ronaldo komandamızı məyus etdi

Şahmat
Bu gün, 12:52

Şirvan Open 2026 Beynəlxalq Şahmat Festivalı Açıldı

Futbol
Bu gün, 12:50

I Liqa: Binə Stadionunda Şahdağ Qusar – Səbail qarşılaşması

Futbol
Bu gün, 12:40

Qapıçı Gregor Kobel “Sabah” qarşısında matçın taleyini erkən həll edə bilməməkdən təəssüfləndi

Digər
Bu gün, 12:37

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Digər
Bu gün, 12:33

“Sabah”la oyunda iki qol vuran futbolçu: “Bu qələbə bizim üçün çox vacib idi”

Digər
Bu gün, 12:32

"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq

Digər
Bu gün, 12:18

NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Digər
Bu gün, 12:14

Mahir Əmrelinin çıxış etdiyi komandanın yeni baş məşqçisi açıqlanıb

Oxşar xəbərlər