top
İngiltərə Premyer Liqası: 20-ci tur - Brentfordun Everton üzərində qələbəsi, digər oyunların nəticələri Idman.biz
04 yanvar 2026, 22:53
- ↺ +

İngiltərə Premyer Liqası: 20-ci tur - "Brentford"un "Everton" üzərində qələbəsi, digər oyunların nəticələri

"Brentford" İngiltərə Premyer Liqasının 20-ci turunda səfərdə "Everton" qarşısında 4:2 hesabı ilə qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, görüşdə qonaqların braziliyalı hücumçusu İqor Tiaqo het-trik edərək komandasının bütün əsas qollarını vurub. 50-ci dəqiqədə isə Neytan Kollins fərqlənib.

"Everton"un qollarını isə 66-cı dəqiqədə Betu və 90+1-ci dəqiqədə Terno Barri vurub.

Qələbə sayəsində "Brentford" Premyer Liqa cədvəlində 30 xalla yeddinci pilləyə yüksəlib, "Everton" isə 28 xalla 12-ci yerə düşüb.

21:40

İngiltərə Premyer Liqasının 20-ci turunda "Fulhem" və "Liverpul" arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 17-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Harri Uilson açıb. İkinci hissədə, 57-ci dəqiqədə mersisaydlıların yarımmüdafiəçisi Florian Virts hesabı bərabərləşdirib. Görüşün sonunda, 90+4-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Kodi Qakpo komandasını hesabda önə çıxarıb. "Fulhem"in yarımmüdafiəçisi Harrison Rid 90+7-ci dəqiqədə hesabı bərabərləşdirib.

İngiltərə çempionatında 20 oyun keçirən "Fulhem" 28 xal toplayıb və turnir cədvəlində 11-ci yeri tutur. "Liverpul" isə 34 xalla dördüncü pillədə qərarlaşıb.

21:17

İngiltərə Premyer Liqasının 20-ci turunda "Nyukasl Yunayted" və "Kristal Palas" arasında keçirilən oyun ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, hesabı 71-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Bruno Gimaraes açıb. Səkkiz dəqiqə sonra müdafiəçi Malik Şau "Nyukasl"ın üstünlüyünü iki topa çatdırıb.

"Nyukasl Yunayted" 2025/2026 mövsümündə İngiltərə çempionatının turnir cədvəlində səkkizinci yerdədir. Komanda 20 oyunda 29 xal toplayıb. "Kristal Palas" isə 27 xalla 14-cü pillədə qərarlaşıb. Birinci yerdə "Arsenal" (48 xal) qərarlaşıb.

21:10

İngiltərə Premyer Liqasının 20-ci turunda "Tottenhem" və "Sanderlend" arasında keçirilən oyun heç-heçə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda ilk qolu 30-cu dəqiqədə "Tottenhem"in müdafiəçisi Ben Devis vurub. İkinci hissədə, 80-ci dəqiqədə qonaqların hücumçusu Brayan Brobbi hesabı bərabərləşdirib.

İngiltərə çempionatında 20 oyun keçirən "Tottenhem" 27 xal toplayıb və turnir cədvəlində 10-cu yeri tutur. "Sanderlend" isə 30 xalla yeddinci pillədə qərarlaşıb.

18:39

İngiltərə Premyer Liqasının 20-ci turunda "Lids Yunayted" və "Mançester Yunayted" arasında keçirilən oyun başa çatıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Brenden Aaronson açıb. Amerikalı futbolçu ikinci hissədə, 62-ci dəqiqədə fərqlənib. Üç dəqiqə sonra "Mançester Yunayted"in hücumçusu Mateus Kunha hesabı bərabərləşdirib.

İngiltərə çempionatında 20 oyun keçirən "Lids" 22 xal toplayıb və turnir cədvəlində 16-cı yeri tutur. "Mançester Yunayted" isə beşinci pillədə qərarlaşıb, komandanın aktivində 31 xal var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:01

Türkiyə mətbuatı "Fənərbağça"nın "Sabah"ın başa çıxmağına uduzmasının səbəbini irəli sürərək klub tənqid edir

Gimnastika
Bu gün, 14:56

10‑cü və 22‑ci ölkə birincilikləri batut gimnastikası və tamblinq üzrə keçirilir

Digər
Bu gün, 14:41

Muxtorxon Taşxocayev Azərbaycan Milli Paralimpiya Komitəsini təbrik edib

Digər
Bu gün, 14:30

PSJ-də ciddi itkilər: Kvaratsxeliya mövsümü bitirə, Dembele isə həftələrlə oynamaya bilər

Qarabağ FK
Bu gün, 14:20

Pokatilov: "Sabah"ın "Borussiya"ya qarşı debütündə sərgilədiyi futboldan məmnunam, amma səviyyə fərqlidir

Qarabağ FK
Bu gün, 14:16

Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:01

Türkiyəli futbol hakimi Ahmet Çakar Azərbaycana girişi qadağan edildi

Tennis
Bu gün, 13:53

Məşhur tennisçi Mariya Şarapova Bakıda INMerge İnnovasiya Sammitində iştirak edəcək

Digər
Bu gün, 13:39

Özbəkistan mətbuatı “Sabah”ın futbolçusuna diqqət ayırdı

Digər
Bu gün, 13:24

PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Qarabağ FK
Bu gün, 13:24

Abdulax Xaybulaev: “Yaxşı oynayıb qələbə qazana biləcəyimizə inanırdıq” - MÜSAHİBƏ

Cüdo
Bu gün, 13:16

Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan kikboksçuları 38 medal ilə altıncı yeri tutdu

Futbol
Bu gün, 13:09

Araz-Naxçıvanın mərkəz müdafiəçisi İssuf Paro Qəbələ ilə matçda iştirak edə bilməyəcək

Qarabağ FK
Bu gün, 13:00

VIII tur üçün rəmzi komanda: Sabahdan 3, Neftçidən 2, Qarabağdan 1 futbolçu

Futbol
Bu gün, 12:54

Karolina Reyna U-17 dünya çempionatında qələbə qazandı

Futbol
Bu gün, 12:53

Erik ten Hag: Ronaldo komandamızı məyus etdi

Şahmat
Bu gün, 12:52

Şirvan Open 2026 Beynəlxalq Şahmat Festivalı Açıldı

Futbol
Bu gün, 12:50

I Liqa: Binə Stadionunda Şahdağ Qusar – Səbail qarşılaşması

Futbol
Bu gün, 12:40

Qapıçı Gregor Kobel “Sabah” qarşısında matçın taleyini erkən həll edə bilməməkdən təəssüfləndi

Digər
Bu gün, 12:37

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Digər
Bu gün, 12:33

“Sabah”la oyunda iki qol vuran futbolçu: “Bu qələbə bizim üçün çox vacib idi”

Digər
Bu gün, 12:32

"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq

Digər
Bu gün, 12:18

NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Digər
Bu gün, 12:14

Mahir Əmrelinin çıxış etdiyi komandanın yeni baş məşqçisi açıqlanıb

Oxşar xəbərlər