İngiltərə millisinin, "Mançester Siti" və digər klubların keçmiş qapıçısı Skott Karson peşəkar futboldan getdiyini elan edib.
İdman.Biz bildirir ki, Skott Karson "Lids Yunayted"in gənclər sisteminin yetirməsidir.
Qapıçı karyerası ərzində "Liverpul", "Şeffild Uensdey", "Çarlton Atletik", "Aston Villa", "Vest Bromviç", "Bursaspor", "Uiqan Atletik", "Derbi Kaunti" və "Mançester Siti" klublarında da çıxış edib.
Mersisaydlılarla Karson Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb. "Şəhərlilər"lə qapıçı Çempionlar Liqası, İngiltərə və UEFA Superkuboklarını, FIFA Klublararası dünya çempionluğunu qazanıb.