Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Qaret Sautqeytin vəzifəsini tərk etməsinin ardından seçmə U-21-in baş məşqçisi Li Karsliyə tapşırılıb.
50 yaşlı mütəxəssis sentyabrda komandanı UEFA Millətlər Liqasındakı matçlara çıxaracaq. Sentyabrın 7-də İrlandiyanın qonağı olacaq İngiltərə futbolçuları üç gün sonra Finlandiyanı qəbul edəcək.
Qeyd edək ki, Karsli əvvəllər İngiltərənin aşağı yaş qruplarında müxtəlif məşqçi rollarında çalışıb və 20 yaşadək uşaqlara rəhbərlik edib.