top
İngiltərə Liqa Kuboku: “Arsenal”, “Liverpul” və “Nyukasl” yarımfinala vəsiqə qazanıblar Report.az
19 dekabr 2024, 01:56
- ↺ +

İngiltərə Liqa Kuboku: “Arsenal”, “Liverpul” və “Nyukasl” yarımfinala vəsiqə qazanıblar

İngiltərə Liqa Kubokunun 1/4 finalının üç qarşılaşması baş tutub.

"Report" xəbər verir ki, "Arsenal" "Kristal Pelas"ı, "Nyuaksl" "Brentford"u, "Sauthempton" isə "Liverpul"u qəbul edib.

Paytaxt Londonun iki təmsilçisi – "Arsenal" və "Kristal Pelas" komandaları arasındakı qarşılaşma "topçular"ın minimal üstünlüyü ilə başa çatıb – 3:2. Sözügedən matçda braziliyalı hücumçu Qabriel Jezus (54", 73", 81") het-trik imza atıb. "Qartal"ların qollarını isə Jan-Filipp Mateta (4") və Eddi Nketia (85") vurub.

"Nyukasl" – "Brentford" oyununa isə ev sahiblərinin inamlı qələbəsi ilə yekun vurulub – 3:1. "Sağsağanlar"ın qollarını italiyalı yarımmüdafiəçi Sandro Tonali (9", 43") və Fabian Şer (69") vurublar. "Arılar"dan isə ancaq konqolu Yoan Vissa (90+1") fərqlənib.

Günün son qarşılaşması isə ölkənin cənubunda baş tutub. Premyer Liqanın autsayderi – "Sauthempton" və lideri – "Liverpul" arasında keçirilmiş matça favoritlərin minimal üstünlüyü ilə nöqtə qoyulub – 1:2. "Müqəddəslər"in yeganə qolunu Kemeron Arçer (59"), "qırmızılar"ın qollarını isə Darvin Nunyes (24") və Harvi Elliot (32") vurublar. Arne Slotun komandasının aparıcı oyunçuları – Məhəmməd Salah və Vircil van Deyk iştirak vərəqəsinə salınmamışdılar.

Mərhələnin son oyunu isə dekabrın 19-da Londonda baş tutacaq: Premyer Liqa təmsilçiləri olan "Tottenhem" və "Mançester Yunayted" üz-üzə gələcəklər.

Qeyd edək ki, turnirin yarımfinalda 1/4 finaldan fərqli olaraq cavab qarşılaşmaları da keçiriləcək. Birinci oyun yanvarın 6-da, cavab qarşılaşması isə fevralın 3-də təşkil olunacaq. Finalın isə martın 16-da neytral meydanda keçirilməsi nəzərdə tutulub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Oxşar xəbərlər