top
İngiltərə Kubokunda Çelsidən böyük hesablı qələbə, Mançester Sitidən 10 qolluq performans, Makklsfild Taundan sensasiya Idman.biz
11 yanvar 2026, 02:16
- ↺ +

İngiltərə Kubokunda "Çelsi"dən böyük hesablı qələbə, "Mançester Siti"dən 10 qolluq performans, "Makklsfild Taun"dan sensasiya

"Çarlton" və "Çelsi" arasında İngiltərə Kubokunun üçüncü tur matçı yekunlaşıb.

İdman.Biz bildirir ki, komandalar Londondakı "Valley" stadionunda oynadılar.

"Çelsi" 5:1 hesablı qələbə qazanıb.

45-ci dəqiqədə müdafiəçi Yorrel Hato hesabı açıb. 50-ci dəqiqədə müdafiəçi Tosin Adarabioyo "göylər"in üstünlüyünü artırıb. 57-ci dəqiqədə "Çarlton"un yarımmüdafiəçisi Maylz Libern fərqi azaldıb. 62-ci dəqiqədə hücumçu Mark Qiu "Çelsi"nin üçüncü qolunu vurub. 90-cı dəqiqədə cinah oyunçusu Pedro Neto hesabı daha da artırıb. 90+4-cü dəqiqədə yarımmüdafiəçi Enzo Fernandes penaltidən yekun hesabı müəyyənləşdirib.

23:48

İngiltərə Kubokunda "Tottenhem" və "Aston Villa" arasında keçirilən üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Londondakı "Tottenhem Hotspur" stadionunda oynayıblar. Qonaq komanda 2:1 hesablı qələbə qazanıb.

"Aston Villa"nın hücumçusu Emiliano Buendiya matçın ilk qolunu 22-ci dəqiqədə vurub. 45+3-cü dəqiqədə yarımmüdafiəçi Morqan Rocers Birminhem komandasının üstünlüyünü ikiqat artırıb. "Tottenhem"in yarımmüdafiəçisi Uilson Odober 54-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.

Paralel keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Kembric Yunayted" - "Birminhem Siti" - 2:3

"Bristol Siti" - "Uotford" - 5:1

"Qrimsbi Taun" - "Ueston-syuper-Mer" - 3:2

21:12

İngiltərə Kubokunun "Mançester Siti" və "Ekseter Siti" arasında üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Mançesterdəki "Etihad" stadionunda oynayıblar. Xosep Qvardiolanın komandası 10:1 hesablı qələbə qazanıb.

12-ci dəqiqədə "Siti"nin müdafiəçisi Maks Alleyn hesabı açdı. 24-cü dəqiqədə yarımmüdafiəçi Rodri komandasının üstünlüyünü ikiqat artırıb. 42-ci dəqiqədə "Ekseter Siti"nin yarımmüdafiəçisi Cek Heyz öz qapısına qol vurub. 45+2-ci dəqiqədə müdafiəçi Cek Fitzvoter də öz qapısına qol vurub.

49-cu dəqiqədə müdafiəçi Riko Lyuis "Mançester Siti"nin yeni oyunçusu Antuan Semenyonun ötürməsindən qol vurub. 54-cü dəqiqədə Semenyo özü qol vurub. Yarımmüdafiəçi Teyani Reynders 71-ci dəqiqədə oyunun yeddinci qoluna imza atıb. Yarımmüdafiəçi Niko O'Reyli 79-cu dəqiqədə hesabı 8:0 edib. "Siti"nin hücumçusu Rayan MakAydu 86-cı dəqiqədə fərqlənib. "Ekseter Siti"nin yarımmüdafiəçisi Corc Birç 90-cı dəqiqədə təsəlli qoluna imza atıb. Lyuis 90+1-ci dəqiqədə ikinci qoluna imza atıb – 10:1.

Digər kubok oyununda "Lester Siti" 2:0 hesabı ilə "Çeltnem Taun"dan üstün olub.

İngiltərə Kubokunun digər üçüncü tur oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Vulverhempton" - "Şrusberi Taun" - 6:1

"Fulhem" - "Midlsboro" - 3:1

"Şeffild Uensdey" - "Brentford" - 0:2

"Stok Siti" - "Koventri Siti" - 1:0

"Donkaster Rovers" - "Sauthempton" - 2:3

"Nyukasl" - "Bornmut" - 3:3 (penatltilərlə 6:5)

"Bernli" - "Milluoll" - 5:1

"İpsviç Taun" - "Blekpul" - 2:1

"Borhem Vud" - "Berton Albion" - 0:5

19:03

İngiltərə Kubokunda altıncı divizionunun təmsilçisi "Makklsfild Taun" və hazırkı qalib "Kristal Palas" arasında keçirilən üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, oyun İngiltərənin Makklsfild şəhərindəki "Moss Rouz" stadionunda baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

"Makklsfild Taun"un yarımmüdafiəçisi Pol Douson matçın ilk qolunu 43-cü dəqiqədə vurub. İkinci hissədə İsaak Bakli-Riketts 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırıb. Qonaqların hücumçusu Yeremi Pino 90-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu, 1909-cu ildən bəri non-liqadan olan bir klubun (5-ci divizion və ya daha aşağı) İngiltərə Kubokunun qalibini məğlub etdiyi ilk haldır.

Digər kubok oyununda "Everton" penaltilərlə "Sanderlend"ə məğlub olub. Oyunun əsas vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Bu gün, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Futbol
Bu gün, 22:25

Kriştianu Ronaldonun Portuqaliya milli komandası oyunlarından bir ay müddətinə uzaqlaşdırılması

Futbol
Bu gün, 22:25

“Sabah” – “Borussiya” oyununa görə marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Futbol
Bu gün, 22:18

Flik PSG qarşısında Luis Enrikenin işini yüksək qiymətləndirib

Futbol
Bu gün, 21:58

Mbappe "Onze d'Or" mükafatını aldıqdan sonra futbol əfsanələri ilə müqayisə etdi

Futbol
Bu gün, 21:43

Portuqaliya futbolçusu Cristianu Ronald 30 günlük diskvalifikasiyadan keçib

Futbol
Bu gün, 21:41

Neftçi – Turan Tovuz matçının biletləri satışa çıxıb, qiymətlər açıqlanıb

Qarabağ FK
Bu gün, 21:26

“Qarabağ-2 və Sabah-2 6-cı turda qalib gəldi”

Futbol
Bu gün, 20:27

Ruben Amorim “Milan”ı tarixində üçüncü məşqçi etdi

Futbol
Bu gün, 20:23

Akim Zedadka: Evdə azarkeş dəstəyi önəmlidir, Çempionlar Liqasında asan oyun yoxdur

Digər
Bu gün, 20:08

Azərbaycan Taekvondo Milli Komandası Qəbələdə Təlim‑Məşq Toplanışını Davam etdirir

Futbol
Bu gün, 19:59

Sabah U-19 komandası 20 oktyabrda Borussia Dortmundla UEFA Gənclər Liqasının matçına çıxacaq

Futbol
Bu gün, 19:58

Sergen Yalçına Türkiyə millisinin baş məşqçiliyi təklifi

Futbol
Bu gün, 19:36

Luis Enrike Lamin Yamalını necə dayandırmağı izah etdi, Messi ilə müqayisəni də şərh etdi

Futbol
Bu gün, 19:33

Borussiya Dortmundun baş məşqçisi Niko Kovaç “Sabah”ı təhlil edib, qələbə hədəfləyir

Futbol
Bu gün, 19:27

Azərbaycan Birinci Liqası altıncı turun hakimi təyin edildi

Voleybol
Bu gün, 19:19

"Turan" voleybol komandası Avropada Çempionlar Liqasında tarix yazmaq istəyir

Minifutbol
Bu gün, 19:17

AFFA nümayəndəsi Ferrux Hüseynzadə UEFA təyinatı alıb

Futbol
Bu gün, 19:05

Borussiya Dortmund Bakı Olimpiya Stadionunda "Sabah" qarşısında son məşqini keçirdi - FOTO/VİDEO

Futbol
Bu gün, 19:02

Bornmut Aleks Skottun transfer qiymətinin Liverpool və Chelsea üçün artırılması

Futbol
Bu gün, 18:47

Manchester City‑nin Premyer Liqada qalması xalların silinməsi səbəbindən riskdədir

Futbol
Bu gün, 18:41

“Kəpəz”in matçlarından sonra Gəncə stadionunun ətrafı işıqsız qalır - sakinlər narazıdır

Güləş
Bu gün, 18:37

Elmir Əliyev Dünya Çempionluğunu Əldən Vermə Səbəblərini İzah Edib

Oxşar xəbərlər