top
İngiltərə Kubokunda Aston Villanın Tottenhem üzərində qələbəsi və digər nəticələr Idman.biz
10 yanvar 2026, 23:48
- ↺ +

İngiltərə Kubokunda "Aston Villa"nın "Tottenhem" üzərində qələbəsi və digər nəticələr

İngiltərə Kubokunda "Tottenhem" və "Aston Villa" arasında keçirilən üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Londondakı "Tottenhem Hotspur" stadionunda oynayıblar. Qonaq komanda 2:1 hesablı qələbə qazanıb.

"Aston Villa"nın hücumçusu Emiliano Buendiya matçın ilk qolunu 22-ci dəqiqədə vurub. 45+3-cü dəqiqədə yarımmüdafiəçi Morqan Rocers Birminhem komandasının üstünlüyünü ikiqat artırıb. "Tottenhem"in yarımmüdafiəçisi Uilson Odober 54-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.

21:12

İngiltərə Kubokunun "Mançester Siti" və "Ekseter Siti" arasında üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Mançesterdəki "Etihad" stadionunda oynayıblar. Xosep Qvardiolanın komandası 10:1 hesablı qələbə qazanıb.

12-ci dəqiqədə "Siti"nin müdafiəçisi Maks Alleyn hesabı açdı. 24-cü dəqiqədə yarımmüdafiəçi Rodri komandasının üstünlüyünü ikiqat artırıb. 42-ci dəqiqədə "Ekseter Siti"nin yarımmüdafiəçisi Cek Heyz öz qapısına qol vurub. 45+2-ci dəqiqədə müdafiəçi Cek Fitzvoter də öz qapısına qol vurub.

49-cu dəqiqədə müdafiəçi Riko Lyuis "Mançester Siti"nin yeni oyunçusu Antuan Semenyonun ötürməsindən qol vurub. 54-cü dəqiqədə Semenyo özü qol vurub. Yarımmüdafiəçi Teyani Reynders 71-ci dəqiqədə oyunun yeddinci qoluna imza atıb. Yarımmüdafiəçi Niko O'Reyli 79-cu dəqiqədə hesabı 8:0 edib. "Siti"nin hücumçusu Rayan MakAydu 86-cı dəqiqədə fərqlənib. "Ekseter Siti"nin yarımmüdafiəçisi Corc Birç 90-cı dəqiqədə təsəlli qoluna imza atıb. Lyuis 90+1-ci dəqiqədə ikinci qoluna imza atıb – 10:1.

Digər kubok oyununda "Lester Siti" 2:0 hesabı ilə "Çeltnem Taun"dan üstün olub.

İngiltərə Kubokunun digər üçüncü tur oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Vulverhempton" - "Şrusberi Taun" - 6:1

"Fulhem" - "Midlsboro" - 3:1

"Şeffild Uensdey" - "Brentford" - 0:2

"Stok Siti" - "Koventri Siti" - 1:0

"Donkaster Rovers" - "Sauthempton" - 2:3

"Nyukasl" - "Bornmut" - 3:3 (penatltilərlə 6:5)

"Bernli" - "Milluoll" - 5:1

"İpsviç Taun" - "Blekpul" - 2:1

"Borhem Vud" - "Berton Albion" - 0:5

19:03

İngiltərə Kubokunda altıncı divizionunun təmsilçisi "Makklsfild Taun" və hazırkı qalib "Kristal Palas" arasında keçirilən üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, oyun İngiltərənin Makklsfild şəhərindəki "Moss Rouz" stadionunda baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

"Makklsfild Taun"un yarımmüdafiəçisi Pol Douson matçın ilk qolunu 43-cü dəqiqədə vurub. İkinci hissədə İsaak Bakli-Riketts 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırıb. Qonaqların hücumçusu Yeremi Pino 90-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu, 1909-cu ildən bəri non-liqadan olan bir klubun (5-ci divizion və ya daha aşağı) İngiltərə Kubokunun qalibini məğlub etdiyi ilk haldır.

Digər kubok oyununda "Everton" penaltilərlə "Sanderlend"ə məğlub olub. Oyunun əsas vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Oxşar xəbərlər